DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Səudiyyə Ərəbistanı dəniz ittifaqı yaratmağa hazırlaşır

© AR Ministry of Defence"Dəniz kuboku" müsabiqəsində komandalar "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər
Dəniz kuboku müsabiqəsində komandalar Üzən mina hədəfinə atış çalışmasını yerinə yetiriblər - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib ki, İran və Səudiyyə Ərəbistanı bir sıra region ölkələri ilə birlikdə Hind okeanının şimalında yeni dəniz koalisiyası yaratmağa hazırlaşır.
BAKI, 3 iyun - Sputnik. Yeni dəniz ittifaqına İran və Səudiyyə Ərəbistanı daxil olacaq.
Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib.
İrani İran televiziyasında çıxışı zamanı yeni dəniz ittifaqının yaradıldığını açıqlayıb.
“Bir sıra region ölkələri, o cümlədən İran və Səudiyyə Ərəbistanı Hind okeanının şimalında yeni dəniz koalisiyası yaratmağa hazırlaşır.
İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçirsə də, İran bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İraq, Pakistan və Hindistan da daxil olmaqla, digər ölkələr indi kollektiv dəniz əməkdaşlığına can atır.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı BƏƏ-nin Fars körfəzindəki ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasından çıxdığını təsdiqləyib.
İrani bildirib ki, hazırda yeni regional və regiondankənar koalisiyalar yaradılır.
Xəbər lenti
0