https://sputnik.az/20230603/nasa-da-ufo-nun-daimi-oyrenilmesi-sobesi-tesis-edilmelidir--ekspert-455507240.html
NASA-da UFO-nun daimi öyrənilməsi şöbəsi təsis edilməlidir – ekspert
NASA-da UFO-nun daimi öyrənilməsi şöbəsi təsis edilməlidir – ekspert
Sputnik Azərbaycan
Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur. 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T23:27+0400
2023-06-03T23:27+0400
2023-06-03T23:27+0400
nasa
elm
ufo
https://cdnn1.img.sputnik.az/img/42376/94/423769497_0:0:3639:2047_1920x0_80_0_0_be2ab1e466e60974b3eea460cfaafb88.jpg
BAKI, 2 iyun — Sputnik. Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur. NASA-da naməlum uçan obyektlərin tədqiqi şöbəsi olmalıdır. Bunu NASA-nın keçmiş rəhbərinin müavini, "Redwire" aerokosmik şirkətinin vitse-prezidenti Mayk Qoldun söyləyib. "Düşünürəm ki, hazırda həlledici an və fürsət yetişib... Bu məsələləri institutsional şəkildə möhkəmləndirmək, hərtərəfli və ciddi yanaşmaq üçün, fikrimcə, NASA-nın daimi fəaliyyət göstərən şöbəsi lazımdır", - deyə Qold NASA-nın 2022-ci ildə naməlum uçuş obyektlərə həsr olunmuş müstəqil araşdırma ilə bağlı keçirdiyi brifinqdə bildirib". – "Bu işin üzərində kosmik sahədən 16 mütəxəssis, o cümlədən alimlər və şirkətlərin nümayəndələri işləyirlər. Onların sırasında olan Qold bildirib ki, "tədqiqatdakı məsələlərin heç biri tez həll edilə bilməz və həqiqətən də davamlı yanaşma tələb edir". Mütəxəssislərin apardıqları, nəticələrinin 2023-cü ilin ortalarında dərc olunacağı gözlənilən analiz çərçivəsində UFO-ların öyrənilməsinin ən səmərəli şəkildə necə davam etdirilməsinə yanaşma formalaşdırılmalıdır. NASA-dan olan layihə kuratoru Daniel Evansın brifinq zamanı söylədiyi kimi tədqiqatın vəzifəsi artıq qeydə alınmış UFO hallarının təhlili deyil, daha çox bu istiqamətdə gələcək işlərin hazırlanmasıdır. O, həmçinin vurğulayıb ki, bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/94/423769497_455:0:3184:2047_1920x0_80_0_0_bf0badcb6a2404f568949d535d6dfcae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nasa, ufo
NASA-da UFO-nun daimi öyrənilməsi şöbəsi təsis edilməlidir – ekspert
Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
BAKI, 2 iyun — Sputnik. Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
NASA-da naməlum uçan obyektlərin tədqiqi şöbəsi olmalıdır.
Bunu NASA-nın keçmiş rəhbərinin müavini, "Redwire" aerokosmik şirkətinin vitse-prezidenti Mayk Qoldun söyləyib.
"Düşünürəm ki, hazırda həlledici an və fürsət yetişib... Bu məsələləri institutsional şəkildə möhkəmləndirmək, hərtərəfli və ciddi yanaşmaq üçün, fikrimcə, NASA-nın daimi fəaliyyət göstərən şöbəsi lazımdır", - deyə Qold NASA-nın 2022-ci ildə naməlum uçuş obyektlərə həsr olunmuş müstəqil araşdırma ilə bağlı keçirdiyi brifinqdə bildirib". – "Bu işin üzərində kosmik sahədən 16 mütəxəssis, o cümlədən alimlər və şirkətlərin nümayəndələri işləyirlər. Onların sırasında olan Qold bildirib ki, "tədqiqatdakı məsələlərin heç biri tez həll edilə bilməz və həqiqətən də davamlı yanaşma tələb edir".
Mütəxəssislərin apardıqları, nəticələrinin 2023-cü ilin ortalarında dərc olunacağı gözlənilən analiz çərçivəsində UFO-ların öyrənilməsinin ən səmərəli şəkildə necə davam etdirilməsinə yanaşma formalaşdırılmalıdır. NASA-dan olan layihə kuratoru Daniel Evansın brifinq zamanı söylədiyi kimi tədqiqatın vəzifəsi artıq qeydə alınmış UFO hallarının təhlili deyil, daha çox bu istiqamətdə gələcək işlərin hazırlanmasıdır. O, həmçinin vurğulayıb ki, bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.