DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nikol Paşinyan Türkiyəyə səfər edib - VİDEO

© AFP 2023 / LUDOVIC MARINNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Paşinyanı Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
BAKI, 3 iyun - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
Onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb.
N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq.
Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.
Xatırladaq ki, N.Paşinyan 2018-ci ildən Ermənistanın baş naziridir.
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 03.06.2023
SİYASƏT
Rəcəb Tayyib Ərdoğan TBMM-də and içib - VİDEO
Xəbər lenti
0