CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi minədək şəxsin şəxsi məlumatları oğurlandı - Təhlükədən necə qoruna bilərik?

© Depositphotos.com / Shmeljov Haker, arxiv şəkli
Haker, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Şəxsi məlumatların oğurlanmaması üçün kibergigiyena qaydalarına əməl etməliyik
BAKI, 2 iyun — Sputnik. Ötən ay Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti altı min beş yüzdən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi haqda məlumat açıqlayıb.
Xidmətdən verilən məlumatda qeyd olunub ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, birinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər:
"Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında Xidmətimizdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olub".
İlin birinci rübündə vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı kimidir:
Maraqlıdır, bu necə baş verə bilər?
İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada söhbət həm dövlət qurumlarında işləyənlərin, həm də digər vətəndaşların kiberhücuma məruz qalmasından gedir:
CC0 / Concord90 / notebookKompüter arxasında oturmuş xanım, arxiv şəkli
Молодая женщина сидит за компьютером, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Kompüter arxasında oturmuş xanım, arxiv şəkli
"Hər iki halda burada kibergigiyena qaydaları pozulub. Dövlət qurumlarında işləyən vətəndaş kibergigiyena qaydalarına əməl etmədiyi üçün onların məlumatları oğurlanıb. Yəni onlar parol və şəxsi məlumatlarını qorumadıqları üçün bu informasiyalar hakerlər tərəfindən ələ keçirilib".
Nə etməliyik?
Mütəxəssis bildirir ki, istənilən brauzerdə hesab açdıqda parol və sair bu kimi məlumatlar orada saxlanılmamalıdır:

"Bunun üçün mütəq şəkildə hesabdan çıxış edilməlidir. Parolların brauzerlərdə saxlanılması o deməkdir ki, hakerlər bu parolları əldə edə biləcəklər. Dövlət qurumlarında işləyən şəxslər və vətəndaşların hər biri kibergigiyena qaydalarına əməl etməlidirlər".

Mütəxəssis bilriri ki, vətəndaş komputer və telefondan istifadə edərkən dövlət qurumlarına aid olan portallarda elektron imzalara daxil olmaq üçün mövcud parollarını başqa bir şəxsə verməməlidir.
"Qaydalara əməl etməlidirlər ki, məlumatları ələ keçirilməsin. Çünki hakerlər bir neçə yolla vətəndaşların dövlət qurumlarındakı məlumatlarını oğurlaya bilirlər. Bu fişinq hücumu, başqa bir kompüterdə saxlanılmış məlumat əsasında da baş tuta bilər. Hakerlər elə hücum növlərindən istifadə edə bilər ki, vətəndaşın bundan heç xəbəri də olmaz. Bu yolla o rahatlıqla şəxsin kompüterinə daxil ola, uzaqdan hesablarını nəzarət altına ala bilər", - deyə həmsöhbətimiz əlavə edib.
Kibergigiyena qaydalarına necə əməl edə bilərik?
Daha mürəkkəb paroldan istifadə edin (Yəni burada həm böyük, həm kiçik hərf, rəqəm, durğu işarələrinin olması arzuolunandır) və brauzerlərdə yadda saxlamayın;
Fərdi məlumatlarınızı paylaşmayın ;
Şübhəli e-poçtları və ya mesajları açmayın;
Antivirus proqramlarını və ya digər təhlükəsizlik proqramlarını istifadə edin;
İnternetdən yüklədiyiniz faylları yoxlayın;
İnternetdən alış-veriş edərkən təhlükəsizlik tədbirlərini gözləyin
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0