CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ Məhərrəm ayı və Aşura gününün vaxtını açıqlayıb

© Sputnik / Murad OrujovTəzəpir məscidində namaz, arxiv şəkli
Təzəpir məscidində namaz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Qurum bildirib ki, avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır.
BAKI, 2 iyun — Sputnik. Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Beləliklə, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.
Qeyd edək ki, hər il Məhərrəm ayında, "Aşura" günündə qanvermə aksiyaları keçirilir. Əzadarlıq ayinləri isə qadağan edilir.
Qafqaz Müsəlmanları İdarəsinin saytında qeyd olunmuş məlumata əsasən, əsrlər boyu Azərbaycanda ənənəvi olaraq keçirilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir.

"Peyğəmbərimiz Məhəmməd salavatullahın əziz nəvəsi Həzrət Hüseynin (ə) bu mənəvi qələbəsi dünyada zülm və haqsızlığa qarşı mübarizənin bariz nümunəsidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan "Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur" zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir", - deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaradıblar.
"Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnəkdir", - deyə məlumatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0