https://sputnik.az/20230602/qatil-balina-surusu-avropa-sahillerinde-yaxtalari-batirir-455540971.html
Qatil balina sürüsü Avropa sahillərində yaxtaları batırır
Qatil balina sürüsü Avropa sahillərində yaxtaları batırır
Sputnik Azərbaycan
Artıq üç yaxta Avropa sularında qatil balinalar tərəfindən batırılıb. Məməlilər isə dayanmaq fikrində deyillər. Alimlər cavab axtarırlar – bu, niyə baş verir? 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T21:04+0400
2023-06-02T21:04+0400
2023-06-02T21:04+0400
balinalar
dünya xəbərləri
gəmi
ispaniya
sahil mühafizəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455546068_0:0:1920:1080_1920x0_80_0_0_1c12f9e4969219516c7ae37616eb2e7a.jpg
BAKI, 2 iyun — Sputnik. Qatil balinalar qayıqları batırırlar. Amma daha təhlükəlisi odur ki, onlar digər "qohumlarına" da bunu etməyi öyrədirlər. Bəs səbəb nədir? Alimlər hər şeyin səbəbinin qisasçı olduğu ortaya çıxan və qayıqlara hücuma başlayan bir qatil balinanın uşaqlıq travması olduğunu irəli sürüblər. Həm də o, özünə kömək etmək üçün digər qohumlarını yığmağa və öyrətməyə başlayıb. "Live Science" elmi jurnalı bu hadisə barədə belə yazıb. Nəşr bildirib ki, bir neçə ay ərzində Cəbəllütariq boğazında bir qrup qatil balina gəmiyə hücum edib və artıq üç qayığı batırıb. İspaniya Sahil Mühafizəsi dənizçiləri xilas etməli olub. Təfərrüatları qayıqlardan birinin kapitanı danışıb.Almaniyanın "Yacht" nəşri kapitanın sözlərindən sitat gətirib:Fəlakətin şahidləri kiçik qatil balinaların böyükləri necə təqlid etdiyini də görüblər. Belə ki, kiçik balinalar əvvəlcə daha böyük olanın "texnikasına" baxıblar, sonra sürətlərini artıraraq qayığa çırpılıblar.İspaniya sahil mühafizəsi ekipajı xilas etsə də, lakin gəmi özü batıb.İki gün əvvəl altı fərddən ibarət daha bir sürü qatil balina boğazdan keçən başqa bir yelkənli qayığa hücum edib. Gəminin sərnişinləri ana qatil balinanın balasına sualtı sükan çarxına hücum etməyi öyrətməsinə baxıblar. "Marine Mammal Science" jurnalında 2022-ci ilin iyun ayında dərc edilən araşdırmaya görə, İber dənizi sahillərində qatil balinaların aqressiv görüntüləri ilə bağlı xəbərlər 2020-ci ilin may ayında ortaya çıxıb və bu xəbərlər o vaxtdan bəri artmaqdadır.Hücumların əsasən yelkənli qayıqlara yönəldiyi görünür və dəqiq bir sxemə əməl olunur: qatil balinalar sualtı sükanı vurmaq üçün arxa tərəfdən yaxınlaşır və qayıq dayanan və ya sükan qırılan kimi üzərək uzaqlaşırlar. Bir neçə il ərzində elm adamları artıq qatil balinalarla insanların 500-dən çox belə görüşünü qeydə alıblar. Lakin toqquşmaların əksəriyyəti gəmilər üçün zərərsiz olub. Tədqiqatçıların fikrincə, yaxtalara və digər yelkənli qayıqlara heyvanların təcavüzü kifayət qədər yeni bir hadisədir. Onlar inanırlar ki, qatil balinalar bunu qəsdən edirlər və bu, yəqin ki, hansısa travmatik hadisənin qatil balinalardan birində davranış dəyişikliyi yaratmasından sonra başlayıb.Mütəxəssislər, "White Gladys" adlandırdıqları dişi qatil balinanın əvvəllər qayıqla toqquşması, yaxud qeyri-qanuni və ya adi balıq ovu zamanı sıxışdırılmış ola biləcəyindən şübhələnirlər. Daha sonra isə yaralanan qatil balinanın aqressiv davranışı digər balinalar tərəfindən də təqlid edilib. Bildiyiniz kimi, qatil balinalar çox sosial və inkişaf etmiş canlılardır, onlar digər qohumların davranışlarını tez öyrənib təqlid edə bilirlər. Bəzi elm adamları vəziyyəti dramatikləşdirməyə tələsmirlər və heyvanın bu cür davranışının aqressiyaya aid olmadığını, sadəcə bir və ya iki məxluqun başlatdığı və sonra başqaları tərəfindən davam etdirilən bir oyun olduğunu fərz edirlər. Cəbəllütariq boğazının sularında məməlilərin gəmilərlə bu cür toqquşması üzündən bu populyasiyaya aid dörd qatil balina artıq ölüb. Alimlər vurğulayırlar ki, belə hallar nəinki nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan qatil balina populyasiyasının qorunması, həm də dənizçilərin təhlükəsizliyi üçün ciddi problemə çevrilə bilər.Xatırladaq ki, İber qatil balinalarının populyasiyası nəsli kəsilməkdə olanlar kimi Qırmızı Kitaba daxil edilib. 2011-ci ildə aparılmış son siyahıyaalmada cəmi 39 belə balina qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455546068_194:0:1634:1080_1920x0_80_0_0_8b24bc597bab22020616ddd5b2f5c534.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
balinalar, gəmi, ispaniya, sahil mühafizəsi
balinalar, gəmi, ispaniya, sahil mühafizəsi
Qatil balina sürüsü Avropa sahillərində yaxtaları batırır
Artıq üç yaxta Avropa sularında qatil balinalar tərəfindən batırılıb. Məməlilər isə dayanmaq fikrində deyillər. Alimlər cavab axtarırlar – bu, niyə baş verir?
BAKI, 2 iyun — Sputnik. Qatil balinalar qayıqları batırırlar. Amma daha təhlükəlisi odur ki, onlar digər "qohumlarına" da bunu etməyi öyrədirlər. Bəs səbəb nədir? Alimlər hər şeyin səbəbinin qisasçı olduğu ortaya çıxan və qayıqlara hücuma başlayan bir qatil balinanın uşaqlıq travması olduğunu irəli sürüblər. Həm də o, özünə kömək etmək üçün digər qohumlarını yığmağa və öyrətməyə başlayıb. "Live Science" elmi jurnalı bu hadisə barədə belə yazıb.
Nəşr bildirib ki, bir neçə ay ərzində Cəbəllütariq boğazında bir qrup qatil balina gəmiyə hücum edib və artıq üç qayığı batırıb. İspaniya Sahil Mühafizəsi dənizçiləri xilas etməli olub. Təfərrüatları qayıqlardan birinin kapitanı danışıb.
Almaniyanın "Yacht" nəşri kapitanın sözlərindən sitat gətirib:
"İki kiçik qatil balina və daha bir böyük balina var idi. Kiçik qatil balinalar sükana arxadan hücum etdilər və bu zaman böyük qatil balina sürətini bir neçə dəfə artırıb bütün gücü ilə gəminin yan tərəfə çırpıldı."
Fəlakətin şahidləri kiçik qatil balinaların böyükləri necə təqlid etdiyini də görüblər. Belə ki, kiçik balinalar əvvəlcə daha böyük olanın "texnikasına" baxıblar, sonra sürətlərini artıraraq qayığa çırpılıblar.
İspaniya sahil mühafizəsi ekipajı xilas etsə də, lakin gəmi özü batıb.
İki gün əvvəl altı fərddən ibarət daha bir sürü qatil balina boğazdan keçən başqa bir yelkənli qayığa hücum edib. Gəminin sərnişinləri ana qatil balinanın balasına sualtı sükan çarxına hücum etməyi öyrətməsinə baxıblar.
"Marine Mammal Science" jurnalında 2022-ci ilin iyun ayında dərc edilən araşdırmaya görə, İber dənizi sahillərində qatil balinaların aqressiv görüntüləri ilə bağlı xəbərlər 2020-ci ilin may ayında ortaya çıxıb və bu xəbərlər o vaxtdan bəri artmaqdadır.
Hücumların əsasən yelkənli qayıqlara yönəldiyi görünür və dəqiq bir sxemə əməl olunur: qatil balinalar sualtı sükanı vurmaq üçün arxa tərəfdən yaxınlaşır və qayıq dayanan və ya sükan qırılan kimi üzərək uzaqlaşırlar.
Bir neçə il ərzində elm adamları artıq qatil balinalarla insanların 500-dən çox belə görüşünü qeydə alıblar. Lakin toqquşmaların əksəriyyəti gəmilər üçün zərərsiz olub. Tədqiqatçıların fikrincə, yaxtalara və digər yelkənli qayıqlara heyvanların təcavüzü kifayət qədər yeni bir hadisədir. Onlar inanırlar ki, qatil balinalar bunu qəsdən edirlər və bu, yəqin ki, hansısa travmatik hadisənin qatil balinalardan birində davranış dəyişikliyi yaratmasından sonra başlayıb.
Mütəxəssislər, "White Gladys" adlandırdıqları dişi qatil balinanın əvvəllər qayıqla toqquşması, yaxud qeyri-qanuni və ya adi balıq ovu zamanı sıxışdırılmış ola biləcəyindən şübhələnirlər. Daha sonra isə yaralanan qatil balinanın aqressiv davranışı digər balinalar tərəfindən də təqlid edilib.
Bildiyiniz kimi, qatil balinalar çox sosial və inkişaf etmiş canlılardır, onlar digər qohumların davranışlarını tez öyrənib təqlid edə bilirlər. Bəzi elm adamları vəziyyəti dramatikləşdirməyə tələsmirlər və heyvanın bu cür davranışının aqressiyaya aid olmadığını, sadəcə bir və ya iki məxluqun başlatdığı və sonra başqaları tərəfindən davam etdirilən bir oyun olduğunu fərz edirlər.
Cəbəllütariq boğazının sularında məməlilərin gəmilərlə bu cür toqquşması üzündən bu populyasiyaya aid dörd qatil balina artıq ölüb. Alimlər vurğulayırlar ki, belə hallar nəinki nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan qatil balina populyasiyasının qorunması, həm də dənizçilərin təhlükəsizliyi üçün ciddi problemə çevrilə bilər.
Xatırladaq ki, İber qatil balinalarının populyasiyası nəsli kəsilməkdə olanlar kimi Qırmızı Kitaba daxil edilib. 2011-ci ildə aparılmış son siyahıyaalmada cəmi 39 belə balina qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.