DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan sabah Ankaraya gedəcək

© Photo : official site of the Prime Minister of RARəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan
Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Ermənistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb.
BAKI, 2 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 3-də Türkiyəyə işgüzar səfər edəcək. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb. Baş nazir Nikol Paşinyan mərasimdə iştirak etmək üçün iyunun 3-də Ankaraya yola düşəcək", - məlumatda deyilir.

Bundan əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davamını gözlədiyini bildirib.
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52 faizdən çox səs toplayaraq qalib gəlib.
2021-ci ilin sonunda Yerevan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. O vaxtdan bəri Ruben Rubinyan və Serdar Kılıç bir neçə dəfə danışıqlar aparıblar. Ötən ilin payızında iki ölkənin liderləri görüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0