NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC toplantısı ərəfəsində neft bahalaşıb

© AP Photo / Lisa LeutnerOPEC
OPEC  - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Eyni zamanda, ABŞ-da dövlət borcu tavanının artırılması ilə bağlı qanunun dərc edilməsi neft qiymətlərini yüksəldib.
BAKI, 2 iyun — Sputnik. Bu həftə sonu keçiriləcək "OPEC plus" toplantısında hasilatın azaldılması ilə bağlı qeyri-müəyyənlik, ABŞ-da dövlət borcu tavanının artırılması ilə bağlı qanunun dərc edilməsi neft qiymətlərini yüksəldib.
"Brent" markalı neftin qiyməti 0,6% artaraq 74,73 dollara, "WTI" markalı neft isə 0,6% artaraq 70,53 dollara çatıb.
Azərbaycan neftinin ("Azeri Light") qiyməti 2,1% artaraq 76,63 dollar təşkil edib.
Lakin hasilatın azaldılması ilə bağlı qeyri-müəyyənlik OPEC üzvləri arasında bu bazar günü keçiriləcək görüşdən əvvəl daha böyük qazancları məhdudlaşdırıb.
Səudiyyə Ərəbistanı və Rusiya görüşdən əvvəl hasilatın azaldılması ilə bağlı fərqli mesajlar veriblər. Lakin qlobal iqtisadi şərait pisləşdikcə bu il neftə tələbatın daha da azala biləcəyini nəzərə alsaq, kartel neft qiymətlərini dəstəkləmək üçün hasilatı yenidən azalda bilər.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0