DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO baş katibin Türkiyəyə səfərini təsdiqləyib - mətbuat xidməti

© AP Photo / Lee Jin-manNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Şənbə günü, iyunun 3-də Yens Stoltenberq Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
BAKI, 2 iyun — Sputnik. NATO baş katibi Yens Stoltenberqin 3-4 iyun tarixlərində Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Bu barədə alyansın mətbuat xidmətindən bildirilib.

"NATO baş katibi 2023-cü il iyunun 3-4-də Türkiyəyə səfər edəcək. Şənbə günü, iyunun 3-də o, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək", - deyə məlumatda bildirilir.

Stoltenberqin Prezident Ərdoğan və yüksək vəzifəli türk rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyi də bildirilir.
Qeyd edək ki, bu günlərdə NATO-nun baş katibi yaxın vaxtlarda Türkiyəyə səfər etmək, iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitini və İsveçin üzvlük məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0