Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvada Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub

© Sputnik / Mikhail Ozersky / Mediabanka keçidMüslüm Maqomayev
Müslüm Maqomayev - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Konsertin bütün iştirakçıları – dəvət olunmuş artistlər və MDBMİ-nin solistlərinin ifasında səslənən "Azərbaycan" mahnısı Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsertin parlaq yekunu olub.
BAKI, 2 iyun — Sputnik. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub.
Konsert Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və MDBMİ-nin dəstəyi ilə bu institutun Azərbaycan klubu tərəfindən təşkil edilib.
Konsertə gələn 300-dək qonaq beynəlxalq müsabiqələr laureatı Klimenti Kateninin dirijorluq etdiyi orkestrin müşayiəti ilə MDBMİ-nin solistlərinin və dəvət olunmuş artistlərin ifasında hamıya yaxşı tanış olan və sevilən musiqi kompozisiyalarını yenidən eşitmək kimi unikal imkana malik olublar.
Konsertdən əvvəl Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin rəhbəri Tamilla Əhmədova, MDBMİ-nin Azərbaycan klubunun sədri Nihad Binnətzadə salona toplaşan tamaşaçıları salamlayıblar.
Musiqi axşamı Müslüm Maqomayevin səsi ilə açılıb. Tamaşaçılara görkəmli artistin beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova (royal) və Sergey Belozerçevin (skripka) akkompanementi ilə Andrey Dementyevin "Odarivayet sçastye nas po raznomu..." adlı şeirini oxumasının səs yazısı təqdim edilib.
Konsert proqramı opera müğənnisi Yana Melikayeva, Mariinski teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Həmid Abdulov, beynəlxalq müsabiqələr laureatı Ramazan Ramazanov, Qalina Vişnevskaya Opera Müğənniliyi Mərkəzinin solisti, beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərova, pianoçu, beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova və "Qradski holl" teatrının solisti Emil Qədirovun çıxışları ilə davam edib.
Konsertin bütün iştirakçıları – dəvət olunmuş artistlər və MDBMİ-nin solistlərinin ifasında səslənən "Azərbaycan" mahnısı Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsertin parlaq yekunu olub.
Müslüm Maqomayev kimdir?
SSRİ xalq artisti, "Şöhrət Ordeni" laureatı Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
M.Maqomayev Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0