https://sputnik.az/20230602/fransa-prezidenti-terefinden-verilmis-aciqlama-tereflerin-movqeyini-eks-etdirmir---xn-455521431.html
Fransa Prezidenti tərəfindən verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir - XİN
Fransa Prezidenti tərəfindən verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir - XİN
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T11:09+0400
2023-06-02T11:09+0400
2023-06-02T11:09+0400
siyasət
azərbaycan xin
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_0:56:923:575_1920x0_80_0_0_121f84f6845f2b012da5687226a58e3a.jpg
BAKI, 2 iyun — Sputnik. "Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib. O qeyd edib ki, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_42:0:882:630_1920x0_80_0_0_1d7b563f045d4e9dba465ab863560368.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, emmanuel makron
azərbaycan xin, emmanuel makron
Fransa Prezidenti tərəfindən verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir - XİN
Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə vermir.
BAKI, 2 iyun — Sputnik. "Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib.
O qeyd edib ki, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.
"Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir", - XİN sözçüsü vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.