DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada ərzaq qiymətləri ucuzlaşıb

© Sputnik / Murad OrujovKassa, arxiv şəkli
Kassa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Bildirilir ki, buğdanın dünya qiymətləri 3,5% azalıb ki, bu da digər amillərlə yanaşı, "Qara dəniz taxıl təşəbbüsünün genişləndirilməsi" ilə bağlı olub.
BAKI, 2 iyun — Sputnik. Dünya ərzaq qiymətləri mayda əksər taxıl, bitki yağları və süd məhsulları üzrə kotirovkaların əhəmiyyətli dərəcədə azalması fonunda ucuzlaşıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumatda deyilir.
Əsas qida məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi mayda aprellə müqayisədə 2,6% aşağı olub.
FAO-nun Taxıl Qiymətləri İndeksinin əvvəlki ayla müqayisədə 4,8% azaldığı qeyd edilir. Bildirilir ki, buğdanın dünya qiymətləri 3,5% azalıb ki, bu da digər amillərlə yanaşı, "Qara dəniz taxıl təşəbbüsünün genişləndirilməsi" ilə bağlı olub.
FAO Bitki Yağı Qiymətləri İndeksi may ayında 8,7% azalaraq 2022-ci il səviyyəsindən orta hesabla 48,2% aşağı olub. Aprel ayı ilə müqayisədə süd məhsullarının qiymətləri 3,2% ucuzlaşıb. Eyni zamanda, şəkərin qiyməti indeksi aprel ayı ilə müqayisədə 5,5% artaraq "ard-arda dördüncü ay artım nümayiş etdirib və bir il əvvəlkindən demək olar ki, 31% yüksək səviyyəyə çatıb. May ayında ət qiymətləri də 1% bahalaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0