https://sputnik.az/20230602/dm-saxta-sehifelerle-bagli-sosial-sebeke-istifadecilerine-muraciet-edib-455521989.html
DİM saxta səhifələrlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib
DİM saxta səhifələrlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib
Sputnik Azərbaycan
Mərkəz bəyan edib ki, abituriyentlər onların adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T11:34+0400
2023-06-02T11:34+0400
2023-06-02T11:34+0400
dim
təhsil
xəbərdarlıq
sosial şəbəkə
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_0:77:2001:1202_1920x0_80_0_0_bee596db8755111e1a07f32f00e6048f.jpg
BAKI, 2 iyun — Sputnik. Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də "Facebook"*, "Instagram"*, "TikTok" və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır. DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu kimi səhifə və qruplar "profil" şəkli və "örtük" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar. İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur. Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər. Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur. Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edilib: "Facebook" "Instagram" "Telegram" "TikTok" "Youtube" "Twitter" "Linkedin"* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_146:0:1853:1280_1920x0_80_0_0_2b6ac0b14a43ce5eb6a7e85530a33b80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, xəbərdarlıq, sosial şəbəkə
dim, xəbərdarlıq, sosial şəbəkə
DİM saxta səhifələrlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib
Mərkəz bəyan edib ki, abituriyentlər onların adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.
BAKI, 2 iyun — Sputnik. Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də "Facebook"*, "Instagram"*, "TikTok" və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.
DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu kimi səhifə və qruplar "profil" şəkli və "örtük" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.
İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.
Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər.
Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur.
Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edilib:
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.