Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissor dünyanın ən tanınmış universitetində kino təhsili alacaq

© Sputnik"Azərbaycanfilm" kinostudiyasının sabiq PR meneceri Lətif Lətifsoy
Azərbaycanfilm kinostudiyasının sabiq PR meneceri Lətif Lətifsoy  - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Lətif Lətifsoy Parisin ən tanınmış universitetində təhsil almaq şansını qazanıb. O, Sorbonne Paris Universitetində kino sahəsində ali təhsil alacaq ilk azərbaycanlıdır
BAKI, 2 iyun — Sputnik. Gənc rejissor və ssenarist Lətif Lətifsoy Sorbonne Paris Universitetində kino sahəsində ali təhsil alacaq ilk azərbaycanlıdır.
Uzun müddətdir ki, Fransada təhsil almaq üçün hazırlaşan Lətif Lətifsoy, bir çox prestijli universitetlərdən qəbul məktubu alıb. Onun seçimi isə xüsusilə incəsənət və humanitar elmlər sahəsi üzrə dünyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Sorbonne Paris Universitetidir.
Lətif fəaliyyətini müstəqil rejissor və ssenarist kimi davam etdirir. Hal-hazırda isə "Səlibçi" adlı qısametrajlı bədii filmin çəkilişləri ilə məşğuldur, eyni zamanda "Société du Cinéma" şirkətinin "İndulgensiya" adlı tammetrajlı bədii film layihəsi üzərində bir neçə fransız kino şirkəti ilə birgə işləməkdədir.
Gənc rejissorun "Anya" qısametrajlı filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının həyata keçirdiyi beynəlxalq sənədli filmlər kateqoriyasında "Jürinin xüsusi mükafatı"na layiq görülüb. Həmin film, bundan öncə 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri olan "Eastern Vista"ya seçilib.
Qeyd edək ki, o, həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının əməkdaşı olub.
Məlumat üçün bildirək ki, Sorbonne Paris Universiteti 1970-ci ildə yaradılıb. Sözügedən universitet ölkənin ən tanınmış 12 təhsil ocağından biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0