https://sputnik.az/20230602/azerbaycan-prezidenti-italiyali-hemkarini-tebrik-edib-455524091.html
Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib
Sputnik Azərbaycan
Dövlət başçısı 2 İyun – Respublika Günü münasibətilə İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edib. 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T13:14+0400
2023-06-02T13:14+0400
2023-06-02T13:14+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
italiya
təbrik
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/07/447162503_0:0:3071:1728_1920x0_80_0_0_6de6fb3f89a49a479ef78ab4a6e74202.jpg
BAKI, 2 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. 2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir. İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir. Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/07/447162503_152:0:2883:2048_1920x0_80_0_0_0ade2f7bbe1305bc419f206bf5c69daa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, italiya, təbrik
prezident ilham əliyev, italiya, təbrik
Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib
Dövlət başçısı 2 İyun – Respublika Günü münasibətilə İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
BAKI, 2 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident.
2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.
İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.
Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.