https://sputnik.az/20230602/azerbaycan-demir-yollari-yuk-dasimalarinin-illik-hecmi-ile-bagli-hedefini-aciqladi-455526452.html
"Azərbaycan Dəmir Yolları" yük daşımalarının illik həcmi ilə bağlı hədəfini açıqladı
"Azərbaycan Dəmir Yolları" yük daşımalarının illik həcmi ilə bağlı hədəfini açıqladı
Sputnik Azərbaycan
Ötən ilin iyun ayında yükdaşımalarla bağlı müştərilər arasında keçirilmiş sorğuya əsasən, əsas problemlər daşıma müddəti və tariflərlə bağlı olub. 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T23:19+0400
2023-06-02T23:19+0400
2023-06-02T23:19+0400
azərbaycan dəmir yolları
iqtisadiyyat
yük daşıma
https://cdnn1.img.sputnik.az/img/41097/11/410971122_0:0:2048:1153_1920x0_80_0_0_e339de5b6971a3cd44ef26382613dd7b.jpg
BAKI, 2 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC yük daşımalarının illik həcmini 20 milyon tona çatdırmaq istəyir. Bunu ADY-nin sədrinin müşaviri Emil Məmmədov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır və təşəbbüslər reallaşdırılır. Xatırladaq ki, 2022-ci ildə ADY 18,7 milyon ton yük daşıyıb. Bu, 2021-ci illə müqayisədə 24,7% çoxdur. Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63% çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/11/410971122_228:0:2048:1365_1920x0_80_0_0_755d087cd90479f5bd707bcdec30dcdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan dəmir yolları, yük daşıma
azərbaycan dəmir yolları, yük daşıma
"Azərbaycan Dəmir Yolları" yük daşımalarının illik həcmi ilə bağlı hədəfini açıqladı
Ötən ilin iyun ayında yükdaşımalarla bağlı müştərilər arasında keçirilmiş sorğuya əsasən, əsas problemlər daşıma müddəti və tariflərlə bağlı olub.
BAKI, 2 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC yük daşımalarının illik həcmini 20 milyon tona çatdırmaq istəyir. Bunu ADY-nin sədrinin müşaviri Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır və təşəbbüslər reallaşdırılır.
"Ötən ilin iyun ayında yükdaşımalarla bağlı müştərilər arasında sorğu keçirilib. Məlum olub ki, əsas problemlər daşıma müddəti və tariflərlə bağlı olub. Son 1 ildə biz daşıma müddətini 35-50 gündən 16-20 günə endirmişik", - deyə ADY rəsmisi qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə ADY 18,7 milyon ton yük daşıyıb. Bu, 2021-ci illə müqayisədə 24,7% çoxdur.
Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.