https://sputnik.az/20230601/usaqliqdan-mahnilari-ile-boyuduyumuz-bestekarlar-455506770.html
Uşaqlıqdan mahnıları ilə böyüdüyümüz bəstəkarlar
Uşaqlıqdan mahnıları ilə böyüdüyümüz bəstəkarlar
Sputnik Azərbaycan
Musiqi həyatımıza doğulduğumuz andan girir. Ana laylası altında böyüməyə başlayırıq. Sonra "Cücələrim", "Kuklam", "Oynaq topum" kimi mahnılar uşaqlığımızı... 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T21:02+0400
2023-06-01T21:02+0400
2023-06-01T21:02+0400
mahnı
mədəniyyət
uşaqlar
bəstəkar
https://cdnn1.img.sputnik.az/img/42263/04/422630444_0:4:2000:1129_1920x0_80_0_0_2be9e52e42c7676cf04d463ff26880fc.jpg
BAKI, 1 iyun — Sputnik. Hər bir uşağın formalaşmasında musiqinin özünəməxsus rolu var. Təəssüf ki, son illər Azərbaycanda uşaqlar üçün mahnılar yazılmır. Halbuki sovet dönəmində yaradıcılığlının böyük bir hissəsini uşaqlara həsr edən bəstəkarlarımız olub. Sputnik Azərbaycan Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həmin sənətkarları sizə təqdim edir. Uşaq mahnılarından bəhs edərkən yada düşən ilk bəstəkar, heç şübhəsiz Oqtay Zülfüqarovdur. Xalq artisti Oqtay Zülfüqarov həyata uşaqların gözü ilə də baxa bilirdi. Körpələrlə işləməkdən yorulmayan bəstəkar yazdığı əsərlərlə təbiətə, ətraf mühitə, heyvanlara, quşlara məhəbbət hissi oyadırdı. O, öz musiqiləri ilə gözəllik və xeyirxahlıq yayırdı. Mərhum bəstəkar həyatının 70 ilini uşaqların zövqünü formalaşdıraraq onları professional musiqi aləminə cəlb etmişdi. Polşada keçirilən XIV Beynəlxalq Musiqi Konfransında SSRİ-ni təmsil edən Oqtay Zülfüqarovun "Tumuqcuq" musiqili teatr haqqında, 2-7 yaş arasındakı uşaqların oxumaq, rəqs etmək, bədii qiraətlə məşğul olmaq, müxtəlif alətlərdə ifa etmək bacarıqlarından danışması konfrans iştirakçılarının təəccüb və böyük marağına səbəb olmuşdu. Oqtay Zülfüqarov Konservatoriyada Qara Qarayevin sinfində oxuyurdu. Qara Qarayev onun kamera – simfolik əsərlərini eşidəndən sonra, "sənin musiqin parlaq və şəndir, uşaqlar üçün çox gözəl mahnılar yaza bilərsən" - demişdi. Məhz uşaqlar üçün yazıb-yaratmağa o vaxtlardan ruhlandı Oqtay Zülfüqarov. Bəstəkarın mahnıları nənəsinin sevgisindən, balaca bir uşağın maşına marağından, oğlan uşaqlarının topa həvəsindən və s. hiss və duyğulardan yarandı. Məhz bu baxımdan ölməz şairimiz M.Müşfiqin şeirinə bəslədiyi "Şəngülüm, Şüngülüm və Məngülüm", "Can nənə", "Futbol", "Kim sevirsə idmanı", "Maşın", "Telefon", "Oynayaq top-top" və s. Uşaqlar üçün mahnılar bəstələn bəstəkarlardan söz açarkən Əfsər Cavanşirovu yad etməmək doğru olmazdı. Əməkdar incəsənət xadimi Əfsər Cavanşirov Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan "Bənövşə" uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. "Bənövşə" Uşaq Xorunun yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının sədri Teymur Elçin bəstəkarı çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif edir. Ə.Cavanşirov razılıq verdikdən sonra 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə" Uşaq Xoru yaradılır. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov olur. "Bənövşə" Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da "Bənövşə" Uşaq Xoru yaradılır. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi. Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb. Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadim Ağabacı Rzayevanın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. Uşaqlıq illərimizin sevimli nəğmələri olmuş bu və başqa nümunələr özünün böyük estetik-tərbiyəvi əhəmiyyətini indi də qoruyub saxlamaqdadır. Gənc yaşında dünyadan köçən Asəf Zeynallı da yaradıcılığında körpələri unutmamışdı. A.Zeynallı "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Bundan sonra bir çox Azərbaycan bəstəkarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət etmişdi. Xalq artisti Fikrət Əmirov da yaradıcılığında uşaqlara yer ayıran sənətkarlar sırasındadır. Dahi sənətkar gələcək nəsillər üçün "Bahar gəlir", "Qatar", "Quşlar" və "Uşaq lövhələri" adlı on iki kiçik pyesdən ibarət əsərlərini miras qoyub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42263/04/422630444_206:0:1979:1330_1920x0_80_0_0_ccdaf1784cf3c4448fafa7192ca5c72d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mahnı, uşaqlar, bəstəkar
Uşaqlıqdan mahnıları ilə böyüdüyümüz bəstəkarlar
Musiqi həyatımıza doğulduğumuz andan girir. Ana laylası altında böyüməyə başlayırıq. Sonra "Cücələrim", "Kuklam", "Oynaq topum" kimi mahnılar uşaqlığımızı bəzəyir.
BAKI, 1 iyun — Sputnik. Hər bir uşağın formalaşmasında musiqinin özünəməxsus rolu var. Təəssüf ki, son illər Azərbaycanda uşaqlar üçün mahnılar yazılmır. Halbuki sovet dönəmində yaradıcılığlının böyük bir hissəsini uşaqlara həsr edən bəstəkarlarımız olub.
Sputnik Azərbaycan Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həmin sənətkarları sizə təqdim edir. Uşaq mahnılarından bəhs edərkən yada düşən ilk bəstəkar, heç şübhəsiz Oqtay Zülfüqarovdur.
Xalq artisti Oqtay Zülfüqarov həyata uşaqların gözü ilə də baxa bilirdi. Körpələrlə işləməkdən yorulmayan bəstəkar yazdığı əsərlərlə təbiətə, ətraf mühitə, heyvanlara, quşlara məhəbbət hissi oyadırdı. O, öz musiqiləri ilə gözəllik və xeyirxahlıq yayırdı. Mərhum bəstəkar həyatının 70 ilini uşaqların zövqünü formalaşdıraraq onları professional musiqi aləminə cəlb etmişdi.
Polşada keçirilən XIV Beynəlxalq Musiqi Konfransında SSRİ-ni təmsil edən Oqtay Zülfüqarovun "Tumuqcuq" musiqili teatr haqqında, 2-7 yaş arasındakı uşaqların oxumaq, rəqs etmək, bədii qiraətlə məşğul olmaq, müxtəlif alətlərdə ifa etmək bacarıqlarından danışması konfrans iştirakçılarının təəccüb və böyük marağına səbəb olmuşdu. Oqtay Zülfüqarov Konservatoriyada Qara Qarayevin sinfində oxuyurdu. Qara Qarayev onun kamera – simfolik əsərlərini eşidəndən sonra, "sənin musiqin parlaq və şəndir, uşaqlar üçün çox gözəl mahnılar yaza bilərsən" - demişdi. Məhz uşaqlar üçün yazıb-yaratmağa o vaxtlardan ruhlandı Oqtay Zülfüqarov. Bəstəkarın mahnıları nənəsinin sevgisindən, balaca bir uşağın maşına marağından, oğlan uşaqlarının topa həvəsindən və s. hiss və duyğulardan yarandı. Məhz bu baxımdan ölməz şairimiz M.Müşfiqin şeirinə bəslədiyi "Şəngülüm, Şüngülüm və Məngülüm", "Can nənə", "Futbol", "Kim sevirsə idmanı", "Maşın", "Telefon", "Oynayaq top-top" və s.
Uşaqlar üçün mahnılar bəstələn bəstəkarlardan söz açarkən Əfsər Cavanşirovu yad etməmək doğru olmazdı. Əməkdar incəsənət xadimi Əfsər Cavanşirov Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan "Bənövşə" uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. "Bənövşə" Uşaq Xorunun yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının sədri Teymur Elçin bəstəkarı çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif edir. Ə.Cavanşirov razılıq verdikdən sonra 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə" Uşaq Xoru yaradılır. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov olur. "Bənövşə" Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da "Bənövşə" Uşaq Xoru yaradılır. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi. Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb.
Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadim Ağabacı Rzayevanın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. Uşaqlıq illərimizin sevimli nəğmələri olmuş bu və başqa nümunələr özünün böyük estetik-tərbiyəvi əhəmiyyətini indi də qoruyub saxlamaqdadır.
Gənc yaşında dünyadan köçən Asəf Zeynallı da yaradıcılığında körpələri unutmamışdı. A.Zeynallı "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Bundan sonra bir çox Azərbaycan bəstəkarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət etmişdi.
Xalq artisti Fikrət Əmirov da yaradıcılığında uşaqlara yer ayıran sənətkarlar sırasındadır. Dahi sənətkar gələcək nəsillər üçün "Bahar gəlir", "Qatar", "Quşlar" və "Uşaq lövhələri" adlı on iki kiçik pyesdən ibarət əsərlərini miras qoyub.