https://sputnik.az/20230601/stoltenberq-turkiyeye-sefer-edecek-455477236.html
Stoltenberq Türkiyəyə səfər edəcək
Stoltenberq Türkiyəyə səfər edəcək
Sputnik Azərbaycan
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T22:35+0400
2023-06-01T22:35+0400
2023-06-01T22:35+0400
yens stoltenberq
dünya xəbərləri
türkiyə
səfər
nato
isveç
finlandiya
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238397_0:161:3070:1888_1920x0_80_0_0_e8cfaf07eda9f1f0d5c777318cb6b231.jpg
BAKI, 1 iyun — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Bu barədə RİA Novosti xəbər verir. Bundan əvvəl Stoltenberq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bu mövzuda telefonla danışıb. Norveçdə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən baş katib deyib: “Mən İsveçin ən qısa zamanda alyansa daxil olması ilə bağlı müzakirələri davam etdirmək üçün yaxın vaxtlarda Ankaraya səfər edəcəyəm”. Onun sözlərinə görə, belə bir səfərin vaxtı hələ müəyyən edilməyib. Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238397_170:0:2901:2048_1920x0_80_0_0_7ce9d4d5c33759cea5dc89ac13ee5c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yens stoltenberq, türkiyə, səfər, nato, isveç, finlandiya
yens stoltenberq, türkiyə, səfər, nato, isveç, finlandiya
Stoltenberq Türkiyəyə səfər edəcək
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər.
BAKI, 1 iyun — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Bu barədə RİA Novosti xəbər verir.
Bundan əvvəl Stoltenberq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bu mövzuda telefonla danışıb.
Norveçdə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən baş katib deyib: “Mən İsveçin ən qısa zamanda alyansa daxil olması ilə bağlı müzakirələri davam etdirmək üçün yaxın vaxtlarda Ankaraya səfər edəcəyəm”.
Onun sözlərinə görə, belə bir səfərin vaxtı hələ müəyyən edilməyib.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.