https://sputnik.az/20230601/sehiyye-nazirliyinin-psixiatri-valideynlere-cagiris-edib-455448830.html
Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib
Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib ki, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də... 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T08:02+0400
2023-06-01T08:02+0400
2023-06-01T08:02+0400
səhiyyə nazirliyi
səhiyyə
psixi xəstəlik
psixi pozuntu
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_0:29:1500:873_1920x0_80_0_0_bcf1be858943d0ff2b1204c3c16c9ab1.jpg
BAKI, 1 iyun — Sputnik. Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir. Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib. O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: "Bəzi hallarda depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünürük. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir". "Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar", - deyə o əlavə edib. A.Cabbarova bildirib ki, validyenlər övladlarına hər istədiyini almamalıdır. O, bu nüansın uşaqların gələcək həyatına mane olacağını söyləyib. Psixiatr bildirib ki, belə olan halda uşaqlar gələcəkdə çətinliklə qarşılaşanda qərar verməkdə çətinlik çəkəcəklər. A.Cabbarovanın sözlərinə görə, bəzi valideynlər də uşaqlara tez-tez hədiyyə alacaqları halda, onların ərköyün olacağını düşünürlər. O, bunun da doğru yanaşma olmadığını vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_150:0:1351:901_1920x0_80_0_0_ea509984617ad883a2a10b6f0dc34e2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə nazirliyi, psixi xəstəlik, psixi pozuntu
səhiyyə nazirliyi, psixi xəstəlik, psixi pozuntu
Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib ki, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar.
BAKI, 1 iyun — Sputnik. Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: "Bəzi hallarda depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünürük. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir".
"Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar", - deyə o əlavə edib.
A.Cabbarova bildirib ki, validyenlər övladlarına hər istədiyini almamalıdır. O, bu nüansın uşaqların gələcək həyatına mane olacağını söyləyib. Psixiatr bildirib ki, belə olan halda uşaqlar gələcəkdə çətinliklə qarşılaşanda qərar verməkdə çətinlik çəkəcəklər.
A.Cabbarovanın sözlərinə görə, bəzi valideynlər də uşaqlara tez-tez hədiyyə alacaqları halda, onların ərköyün olacağını düşünürlər. O, bunun da doğru yanaşma olmadığını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.