https://sputnik.az/20230601/sagirdlerin-ekskursiyasi-nece-teskil-olunmalidir-mekteblere-telimat-gonderildi-455448448.html
Şagirdlərin ekskursiyası necə təşkil olunmalıdır? Məktəblərə təlimat göndərildi
Şagirdlərin ekskursiyası necə təşkil olunmalıdır? Məktəblərə təlimat göndərildi
Sputnik Azərbaycan
İlqar Orucovun sözlərinə görə, tur operatorlarla əvvəldən müqavilələr bağlanılmalıdır ki, şirkət hər hansı hadisə baş verərsə, məsuliyyətdən boyun qaçırmasın. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T09:29+0400
2023-06-01T09:29+0400
2023-06-01T14:34+0400
məktəb
təhsil
"yol hərəkəti haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/42416/16/424161619_0:0:3070:1726_1920x0_80_0_0_c71ce88d1a20aebf59df68f7e6543793.jpg
BAKI, 1 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərin ekskursiyaları ilə bağlı bütün təhsil müəssisələrinə təlimatlar göndərib. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib. O bildirib ki, məktəblilərin səfərləri həmin qaydalara əsasən təşkil edilməlidir. "Məktəblilərin ekskursiyalarının təşkili ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də ötürülüb. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəflər diqqətdə saxlanılmalıdır. Valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirəndə, təəssüf ki, biz müdaxilə edə bilmirik", - o deyib. Qeyd edək ki, İdarə müdirinin bu açıqlaması heç də təsadüfi deyil. Artıq yay mövsümü ilə əlaqədar məktəblilərin ölkənin müxtəlif turizm bölgələrinə səfərlərinə başlanılıb. Bu məqsədlə məktəblərdə valideyn komitələri valideynlərdən pul yığaraq müxtəlif tur şirkətlərinin vasitəsilə ekskursiyalar təşkil edir. Ötən il Bakı şəhəri 279 nömrəli məktəbin müəllim, şagird heyəti Qəbələdən gəzintidən qayıdarkən Şamaxıda qəzaya düşmüşdülər. Hadisə nəticəsində xəsarət alanlar olsa da, turu təşkil edən şirkət zərərçəkmişlərin xəstəxana xərcini ödəməkdən imtina etmişdi. Nəticədə xəsarət almış məktəblilər özəl tibb müəssisəsindən dövlət tibb müəssisəsinə çatdırılaraq onlara tibbi xidmət göstərilmişdi. Bəs görəsən, bu il oxşar problemlərin yaranmaması üçün məktəblilərin ekskursiyalarının təşkili zamanı hansı qaydalara əməl edilməlidir? Təlimat nədən ibarətdir? 53 saylı məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin ekskursiyası ilə bağlı bütün müəllimlərə məlumat verilib. Şagirdlər valideynlərin və sinif rəhbərinin təşəbbüsü ilə gəzintiyə aparılırsa, bu zaman sinif rəhbəri məktəb direktoruna yazılı məlumat verməlidir. Məlumatda şagirdlərin sayı, gedəcəkləri ünvan, onları gəzintiyə aparan tur şirkətin adı, avtomobilin nömrəsi qeyd olunmalıdır. T. Zeynalova onu da bildirib ki, belə ekskursiyalar dərs günlərində təşkil oluna bilməz. Amma həftəsonu, istirahət günü təşkil edilsə belə, məktəb direktoru bu barədə məlumatlı olmalıdır. Tur operatorlarla müqavilə bağlanmalıdır Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin ekskursiyasının təşkili məsuliyyət tələb edən bir işdir. Onun sözlərinə görə, bu zaman şagirdlərin təhlükəsizliyi diqqətdə saxlanılmalıdır: "Hər il şagirdlərin ekskursiyası zamanı xoşagəlməz hadisələr baş verir. Ona görə də, şagirdlərin gəzintisinin təşkilində diqqətli olmaq lazımdır. Ekskursiya təhlükəsiz formada təşkil olunmalıdır. Məktəb direktorları ekskursiyanın həvəskar formada deyil, peşəkar tur şirkətlərinə həvalə etməlidirlər. Bu zaman tur operatorun peşəkarlığı, nəqliyyat vasitəsinin sazlığı, onu idarə edən sürücünün peşəkarlığı nəzərdə saxlanılmalıdı. Çox təəssüf ki, bəzən ekskursiyalar zamanı bu amillər diqqətdə saxlanılmır. Valideyn komitələri ekskursiyaların təşkilinə müəyyən vəsait toplasalar da, təhlükəsizlik məsələsinə diqqət yetirmirlər. Bu isə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur". İ.Orucov deyir ki, səfər zamanı şagirlərin qidalanması da diqqətdə saxlanılmalıdır: "Şəhərdən gedən uşaqlarla təbiət qoynunda təhlükəsizliklə bağlı maarifləndirici söhbət aparılmalıdır. Bu məsələlər diqqətdə saxlanılarsa, ekskursiyaların təşkili yaxşı bir adddımdır. Sinif rəhbəri bu məsuliyyəti dərk etməlidir". Şura üzvünün fikrincə, tur operatorlarla əvvəldən müqavilələr bağlanılmalıdır ki, şirkət hər hansı hadisə baş verərsə, məsuliyyətdən boyun qaçırmasın. Avtobusun texniki sazlığı yoxlanılmalıdır! Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yay mövsümündə məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi halları artır. Bəzən belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır. Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır. Daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub. Şagirdlərin ekskursiyası qaydaları Məlumat üçün bildirək ki, şagirdlərin ekskursiyası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı və Nazirlər Kabinetinin 719 nömrəli qərarı ilə tənzimlənir. "Ümumtəhsil müəssisələrinin şagirdlərinin ekskursiyaları Qaydalarının təsdiq edilməsi haqqında" qaydaya əsasən turun təşkilatçısı, nəzarətçisi səyahət zamanı şagirdlərin təhlükəsizliyinə və ekskursiyanın keçiriləcəyi yerə cavabdehdir. Bunun üçün ekskursiyaya ən azı 10 gün qalmış müəyyən sənədlər məktəb direktoruna təqdim edilir. Sürücünün şəxsiyyət vəsiqəsi tələb edilir, sürücülük vəsiqəsi, ekskursiyanın məqsədləri, planlaşdırılan tədbirlər, iştirakçılar, məsul şəxslər, ekskursiyanın tarixi və yeri haqqında məlumat təqdim olunur. Məktəb direktoru təqdim edilmiş məlumatı, sənədləri nəzərdən keçirir və ekskursiyanın keçirilməsi və ya keçirilməməsi barədə şəxsi qərar qəbul edir. Şagirdlərin təhlükəsizliyi üçün ekskursiya gecələmədən yalnız bir gündə həyata keçirilməlidir. Məkan elə seçilməlidir ki, məktəbdən yerləşdiyi yerə qədər olan məsafə 150 km-dən çox olmasın. Ekskursiya zamanı azyaşlıların çayın və su anbarlarının ətrafına, sürüşməyə meyilli və digər həssas ərazilərə daxil olmaması vacibdir. Ekskursiya təşkilatçısı tələbəyə, onun nümayəndəsinə, digər iştirakçı şəxslərə ekskursiyanın tarixi, yeri, planlaşdırılan tədbirləri, məqsədləri, iştirakçılar və məsul şəxslər haqqında tam məlumat verməyə borcludur. Şagirdin nümayəndəsi turda onu müşayiət etmirsə, turun təşkilatçısı şagirdin valideyninin turda iştirak etmək üçün yazılı razılığını almalıdır. Turda ilk tibbi yardımı göstərmək bacarığı olan ən azı bir yetkin şəxs olmalıdır. Şagirdlər, valideynlər və müəllimlər qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçmiş nəqliyyat vasitəsində fiziki və ya hüquqi şəxs tərəfindən ekskursiyaya aparılmalıdırlar. Nəqliyyat vasitəsini müvafiq təcrübə və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü idarə etməlidir. Avtomobildə ilk yardım dəsti olmalıdır. Sürücüyə qarşı tələblər Qeyd edək ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə uşaq qruplarının avtobuslarla daşınması yalnız "D" kateqoriyası və ya "D1" altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər. Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur. Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir. Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar "Uşaqların daşınması" tanınma nişanı ilə təchiz edilməlidir. Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir. Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42416/16/424161619_0:0:2732:2048_1920x0_80_0_0_2b05d62a1b8814ca3b4974b360c67e8b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, "yol hərəkəti haqqında" qanun
məktəb, "yol hərəkəti haqqında" qanun
Şagirdlərin ekskursiyası necə təşkil olunmalıdır? Məktəblərə təlimat göndərildi
09:29 01.06.2023 (Yenilənib: 14:34 01.06.2023) İlqar Orucovun sözlərinə görə, tur operatorlarla əvvəldən müqavilələr bağlanılmalıdır ki, şirkət hər hansı hadisə baş verərsə, məsuliyyətdən boyun qaçırmasın.
BAKI, 1 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərin ekskursiyaları ilə bağlı bütün təhsil müəssisələrinə təlimatlar göndərib. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib. O bildirib ki, məktəblilərin səfərləri həmin qaydalara əsasən təşkil edilməlidir.
"Məktəblilərin ekskursiyalarının təşkili ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də ötürülüb. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəflər diqqətdə saxlanılmalıdır. Valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirəndə, təəssüf ki, biz müdaxilə edə bilmirik", - o deyib.
Qeyd edək ki, İdarə müdirinin bu açıqlaması heç də təsadüfi deyil. Artıq yay mövsümü ilə əlaqədar məktəblilərin ölkənin müxtəlif turizm bölgələrinə səfərlərinə başlanılıb. Bu məqsədlə məktəblərdə valideyn komitələri valideynlərdən pul yığaraq müxtəlif tur şirkətlərinin vasitəsilə ekskursiyalar təşkil edir.
Ötən il Bakı şəhəri 279 nömrəli məktəbin müəllim, şagird heyəti Qəbələdən gəzintidən qayıdarkən Şamaxıda qəzaya düşmüşdülər. Hadisə nəticəsində xəsarət alanlar olsa da, turu təşkil edən şirkət zərərçəkmişlərin xəstəxana xərcini ödəməkdən imtina etmişdi. Nəticədə xəsarət almış məktəblilər özəl tibb müəssisəsindən dövlət tibb müəssisəsinə çatdırılaraq onlara tibbi xidmət göstərilmişdi.
Bəs görəsən, bu il oxşar problemlərin yaranmaması üçün məktəblilərin ekskursiyalarının təşkili zamanı hansı qaydalara əməl edilməlidir?
53 saylı məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin ekskursiyası ilə bağlı bütün müəllimlərə məlumat verilib. Şagirdlər valideynlərin və sinif rəhbərinin təşəbbüsü ilə gəzintiyə aparılırsa, bu zaman sinif rəhbəri məktəb direktoruna yazılı məlumat verməlidir. Məlumatda şagirdlərin sayı, gedəcəkləri ünvan, onları gəzintiyə aparan tur şirkətin adı, avtomobilin nömrəsi qeyd olunmalıdır.
T. Zeynalova onu da bildirib ki, belə ekskursiyalar dərs günlərində təşkil oluna bilməz. Amma həftəsonu, istirahət günü təşkil edilsə belə, məktəb direktoru bu barədə məlumatlı olmalıdır.
Tur operatorlarla müqavilə bağlanmalıdır
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin ekskursiyasının təşkili məsuliyyət tələb edən bir işdir. Onun sözlərinə görə, bu zaman şagirdlərin təhlükəsizliyi diqqətdə saxlanılmalıdır:
"Hər il şagirdlərin ekskursiyası zamanı xoşagəlməz hadisələr baş verir. Ona görə də, şagirdlərin gəzintisinin təşkilində diqqətli olmaq lazımdır. Ekskursiya təhlükəsiz formada təşkil olunmalıdır. Məktəb direktorları ekskursiyanın həvəskar formada deyil, peşəkar tur şirkətlərinə həvalə etməlidirlər. Bu zaman tur operatorun peşəkarlığı, nəqliyyat vasitəsinin sazlığı, onu idarə edən sürücünün peşəkarlığı nəzərdə saxlanılmalıdı. Çox təəssüf ki, bəzən ekskursiyalar zamanı bu amillər diqqətdə saxlanılmır. Valideyn komitələri ekskursiyaların təşkilinə müəyyən vəsait toplasalar da, təhlükəsizlik məsələsinə diqqət yetirmirlər. Bu isə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur".
İ.Orucov deyir ki, səfər zamanı şagirlərin qidalanması da diqqətdə saxlanılmalıdır:
"Şəhərdən gedən uşaqlarla təbiət qoynunda təhlükəsizliklə bağlı maarifləndirici söhbət aparılmalıdır. Bu məsələlər diqqətdə saxlanılarsa, ekskursiyaların təşkili yaxşı bir adddımdır. Sinif rəhbəri bu məsuliyyəti dərk etməlidir".
Şura üzvünün fikrincə, tur operatorlarla əvvəldən müqavilələr bağlanılmalıdır ki, şirkət hər hansı hadisə baş verərsə, məsuliyyətdən boyun qaçırmasın.
Avtobusun texniki sazlığı yoxlanılmalıdır!
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yay mövsümündə məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi halları artır. Bəzən belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır.
Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır. Daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub.
Şagirdlərin ekskursiyası qaydaları
Məlumat üçün bildirək ki, şagirdlərin ekskursiyası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı və Nazirlər Kabinetinin 719 nömrəli qərarı ilə tənzimlənir. "Ümumtəhsil müəssisələrinin şagirdlərinin ekskursiyaları Qaydalarının təsdiq edilməsi haqqında" qaydaya əsasən turun təşkilatçısı, nəzarətçisi səyahət zamanı şagirdlərin təhlükəsizliyinə və ekskursiyanın keçiriləcəyi yerə cavabdehdir. Bunun üçün ekskursiyaya ən azı 10 gün qalmış müəyyən sənədlər məktəb direktoruna təqdim edilir. Sürücünün şəxsiyyət vəsiqəsi tələb edilir, sürücülük vəsiqəsi, ekskursiyanın məqsədləri, planlaşdırılan tədbirlər, iştirakçılar, məsul şəxslər, ekskursiyanın tarixi və yeri haqqında məlumat təqdim olunur.
Məktəb direktoru təqdim edilmiş məlumatı, sənədləri nəzərdən keçirir və ekskursiyanın keçirilməsi və ya keçirilməməsi barədə şəxsi qərar qəbul edir. Şagirdlərin təhlükəsizliyi üçün ekskursiya gecələmədən yalnız bir gündə həyata keçirilməlidir. Məkan elə seçilməlidir ki, məktəbdən yerləşdiyi yerə qədər olan məsafə 150 km-dən çox olmasın. Ekskursiya zamanı azyaşlıların çayın və su anbarlarının ətrafına, sürüşməyə meyilli və digər həssas ərazilərə daxil olmaması vacibdir. Ekskursiya təşkilatçısı tələbəyə, onun nümayəndəsinə, digər iştirakçı şəxslərə ekskursiyanın tarixi, yeri, planlaşdırılan tədbirləri, məqsədləri, iştirakçılar və məsul şəxslər haqqında tam məlumat verməyə borcludur. Şagirdin nümayəndəsi turda onu müşayiət etmirsə, turun təşkilatçısı şagirdin valideyninin turda iştirak etmək üçün yazılı razılığını almalıdır. Turda ilk tibbi yardımı göstərmək bacarığı olan ən azı bir yetkin şəxs olmalıdır.
Şagirdlər, valideynlər və müəllimlər qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçmiş nəqliyyat vasitəsində fiziki və ya hüquqi şəxs tərəfindən ekskursiyaya aparılmalıdırlar. Nəqliyyat vasitəsini müvafiq təcrübə və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü idarə etməlidir. Avtomobildə ilk yardım dəsti olmalıdır.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə uşaq qruplarının avtobuslarla daşınması yalnız "D" kateqoriyası və ya "D1" altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.
Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur. Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir.
Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.
Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar "Uşaqların daşınması" tanınma nişanı ilə təchiz edilməlidir.
Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.
Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.