https://sputnik.az/20230601/rovsen-necef-socar-neft-ve-qaz-hasilatina-investisiyalari-artirib-455504039.html
Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T19:12+0400
2023-06-01T19:12+0400
2023-06-01T19:12+0400
rövşən nəcəf
neft-qaz
socar
neft
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442450758_0:0:2001:1125_1920x0_80_0_0_51826d4d376fce52ad1cde0c366af37f.jpg
BAKI, 1 iyun — Sputnik. "Enerji təhlükəsizliyi çox önəmlidir. Dayanıqlı enerji üçün proqramlarımızı nəzərə almalıyıq. SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb". Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda deyib. Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz: "Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasını, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasını görməzdən gələ bilmərik. Keçid olaraq enerji şirkətləri ilə bunun üzərində işləməliyik. Şuşada da biz BP və "Masdar"la birlikdə bərpaolunan enerji mənbələri üzrə müqavilələr imzalamışıq. Biz kifayət qədər tərəfdaşlarla işləməkdə və layihələrin sayını artırmaqda qətiyyətliyik. Çalışıb iqlimimizi mühafizə etməli, sıfır emissiyaya nail olmalıyıq. Bunun üçün konstruktiv şəkildə və dataya əsaslanaraq analizlər aparmalıyıq". "SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. Bu, Avropa İttifaqının və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir", - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442450758_0:0:1773:1330_1920x0_80_0_0_de49219bbe09cac62529e93c8e042391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rövşən nəcəf, socar, neft
rövşən nəcəf, socar, neft
Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz.
BAKI, 1 iyun — Sputnik. "Enerji təhlükəsizliyi çox önəmlidir. Dayanıqlı enerji üçün proqramlarımızı nəzərə almalıyıq. SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz: "Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasını, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasını görməzdən gələ bilmərik. Keçid olaraq enerji şirkətləri ilə bunun üzərində işləməliyik. Şuşada da biz BP və "Masdar"la birlikdə bərpaolunan enerji mənbələri üzrə müqavilələr imzalamışıq. Biz kifayət qədər tərəfdaşlarla işləməkdə və layihələrin sayını artırmaqda qətiyyətliyik. Çalışıb iqlimimizi mühafizə etməli, sıfır emissiyaya nail olmalıyıq. Bunun üçün konstruktiv şəkildə və dataya əsaslanaraq analizlər aparmalıyıq".
"SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. Bu, Avropa İttifaqının və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir", - deyə o əlavə edib.