https://sputnik.az/20230601/randa-itkin-dusduyu-bildirilen-azerbaycanli-telebeye-casusluq-ittihami-ireli-surulub-455517306.html
İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb
İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb
Sputnik Azərbaycan
Dilarə Əsgərova qeyd edib ki, oğluna qarşı irəli sürülən ittiham əsassızdır 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T23:19+0400
2023-06-01T23:19+0400
2023-06-02T00:13+0400
azərbaycan xəbərləri
iran
tələbə
itkin düşmə
itkin düşən
casusluq
ittiham
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1d/451154760_0:204:3071:1931_1920x0_80_0_0_14cadf0239b57db74f88214efd0d4eb1.jpg
BAKI, 1 iyun - Sputnik. İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.Bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib.O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır: "İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1d/451154760_102:0:2833:2048_1920x0_80_0_0_a58537bc7863404a712e9f24bdcecd64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, tələbə, itkin düşmə, itkin düşən, casusluq, ittiham
iran, tələbə, itkin düşmə, itkin düşən, casusluq, ittiham
İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb
23:19 01.06.2023 (Yenilənib: 00:13 02.06.2023) Dilarə Əsgərova qeyd edib ki, oğluna qarşı irəli sürülən ittiham əsassızdır
BAKI, 1 iyun - Sputnik. İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.
Bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".
Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır: "İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.