https://sputnik.az/20230601/qeyri-sabit-yagintili-hava-seraiti-iyunun-3-u-gunduzedek-davam-edecek-455477609.html
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək
Sputnik Azərbaycan
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T12:47+0400
2023-06-01T12:47+0400
2023-06-01T13:01+0400
yağış
hadisə
hava şəraiti
yağıntı
dolu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413394_722:0:4000:1844_1920x0_80_0_0_6fbc7436aff3adb428b4a5cd07178d85.jpg
BAKI, 1 iyun — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 09:00-a olan məlumatına görə, əksər rayonlarda hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41 faizi), Qaxda 41 (aylıq normanın 40 faizi), Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi), Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 millimetr, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab, Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 millimetrədək olub. Mayın 31-i saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 millimetr, saat 15:47-15:57 radələrində Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 millimetr, saat 16:54-16:56 radələrində isə Balakən rayonuna xırda dənəli dolu düşüb. Mayın 31-də qərb küləyi arabir Ağdam, Göyçayda 28 metr/saniyə, İsmayıllıda 24 metr/saniyə, Zaqatala, Naxçıvan, Cəfərxan, Tovuz, Zərdabda 20 metr/saniyə, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Beyləqanda 16 metr/saniyə, Şərurda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413394_1141:0:3600:1844_1920x0_80_0_0_e2b9a02401e6c3becc716316c5bbf789.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yağış, hava şəraiti, yağıntı, dolu
yağış, hava şəraiti, yağıntı, dolu
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək
12:47 01.06.2023 (Yenilənib: 13:01 01.06.2023) Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
BAKI, 1 iyun — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 09:00-a olan məlumatına görə, əksər rayonlarda hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.
Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41 faizi), Qaxda 41 (aylıq normanın 40 faizi), Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi), Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 millimetr, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab, Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 millimetrədək olub.
Mayın 31-i saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 millimetr, saat 15:47-15:57 radələrində Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 millimetr, saat 16:54-16:56 radələrində isə Balakən rayonuna xırda dənəli dolu düşüb.
Mayın 31-də qərb küləyi arabir Ağdam, Göyçayda 28 metr/saniyə, İsmayıllıda 24 metr/saniyə, Zaqatala, Naxçıvan, Cəfərxan, Tovuz, Zərdabda 20 metr/saniyə, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Beyləqanda 16 metr/saniyə, Şərurda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.