Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mişel: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müzakirəsini davam etdirdik

© AFP 2024 / NIALL CARSONAvropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Moldova paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Aİ Şurasının Prezidenti Şarl Mişel, AFR Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş olub.
BAKI, 1 iyun - Sputnik. “Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdəki hesabına yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə geniş müzakirəmiz oldu”, - Ş.Mişel vurğulayıb.
Şarl Mişel qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir.
“Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik.
Oktyabrda Qranadada EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik”, - Avropa İttifaqı Şurasının rəhbəri əlavə edib.
İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Beştərəfli görüş bir saat yarım davam edib.
Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 01.06.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Hikmət Hacıyev Kişineudakı qeyri-rəsmi görüşlə bağlı paylaşım edib
Xəbər lenti
0