CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşını utilizasiya edilmiş şəxs yenisini alanda ona güzəşt etməyən satıcı cərimələnəcək

© Sputnik / Rahim MuradovLənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı
Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
BAKI, 1 iyun — Sputnik. Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, layihəyə görə, "Tullantılar haqqında" qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora "Tullantılar haqqında" qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, bu qanun layihəsi qəbul olunacağı təqdirdə 2024-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.
Utilizasiya  - Sputnik Azərbaycan, 1920, 01.06.2023
CƏMİYYƏT
Deputat: Utilizasiya haqqının alınması avtomobil qiymətlərinin artımına səbəb olacaq
Xəbər lenti
0