DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask dünyanın ən varlı adamları siyahısında yenidən birinci yerdədir

© AFP 2023 / Britta Pedersen / POOLİlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Maskın sərvəti 192 milyard dollar, ikinci yerdə qərarlaşan Arnonun sərvəti isə 187 milyard dollar qiymətləndirilib.
BAKI, 1 iyun — Sputnik. Amerikalı sahibkar, "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yerini bərpa edib. Fransanın lüks mallar istehsalçısı "LVMH" (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnault ikinci yerə keçib.
Bu barədə "Bloomberg Billionaires Index" (BBI) məlumat verib.
"BBI"nin məlumatına görə, Maskın sərvəti 192 milyard dollar, Arnonun sərvəti isə 187 milyard dollar qiymətləndirilib. Bir gün əvvəl Maskın sərvəti 190 milyard dollar, Arnonun sərvəti isə 192 milyard dollar idi. İlin əvvəlindən Maskın sərvəti 55,3 milyard dollar, Arnonun sərvəti isə 24,5 milyard dollar artıb.
Bir gün əvvəl "Tesla"nın səhmləri 1,38% artıb, "LVMH" səhmləri isə 2,64% ucuzlaşıb.
"Amazon"un qurucusu Ceff Bezos 144 milyard dollarla milyarderlər siyahısında üçüncü, "Microsoft"un qurucusu Bill Qeyts isə 125 milyard dollarla dördüncü yerdədir.
Eyni zamanda, indeks məlumatlarından bəlli olub ki, siyahıdakı doqquz ən zəngin adamının sərvəti 100 milyard dollardan çoxdur, onuncu yerdə isə "Meta Platforms"un (Rusiyada ekstremist təşkilat kimi qadağan olunub) yaradıcısı Mark Zukerberq (96,5 milyard) qərarlaşıb.
Xəbər lenti
0