https://sputnik.az/20230601/lerikin-afrikali-qonaqlari-var-455491801.html
Lerikin afrikalı qonaqları var
Lerikin afrikalı qonaqları var
Sputnik Azərbaycan
Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T22:50+0400
2023-06-01T22:50+0400
2023-06-01T22:50+0400
lerik
cəmiyyət
çəyirtkə
çəyirtkələrin hücumu
mərakeş
fermer
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42439/02/424390204_0:52:1001:615_1920x0_80_0_0_cd8852e017a529f1e32914aaccefca95.jpg
BAKI, 1 iyun — Sputnik. Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə yayılıb. Çəyirtkələrin hektarlarla taxıl və əkin sahələrini məhv etmək təhlükəsi yaranıb. APA xəbər verir ki, bir neçə gündür Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb. Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər. Onlar ziyanvericilərə qarşı qısa müddət ərzində tədbir görülməsə, əkdikləri məhsulların məhv olacağından narahatdırlar. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə və fumiqasiya mərkəzin rəisi Ceyhun İbrahimov bildirib ki, ərazidə kütləvi şəkildə Mərakeş çəyirtkələri yayılıb: "Əvvəlki illərin müşahidələrinə əsasən burda ümumiyyətlə, çəyirtkənin miqrasiyası müşahidə edilməyib. Ərazidə çəyirtkələrin yaranması keçən ilki nəsildən yetkin fərdlərin miqrasiya edərək bu ərazidə kütləvi şəkildə yumurta qoyması ilə bağlıdır. Bu çəyirtkələr məhz həmin yumurtalardan çıxan çəyirtkələrdir. Hazırda onların məhv edilməsi işləri aparılır. Çəyirtkələr məhv edildikdən sonra gələcəkdə bir daha müşahidə edilməyəcək". Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda ziyanvericilər 50 hektara yaxın əkin sahəsinə yayılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42439/02/424390204_55:0:944:667_1920x0_80_0_0_e16a6867d43f7cd894dad99384979ce2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lerik, çəyirtkə, çəyirtkələrin hücumu, mərakeş, fermer, kənd təsərrüfatı nazirliyi
lerik, çəyirtkə, çəyirtkələrin hücumu, mərakeş, fermer, kənd təsərrüfatı nazirliyi
Lerikin afrikalı qonaqları var
Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər.
BAKI, 1 iyun — Sputnik. Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə yayılıb. Çəyirtkələrin hektarlarla taxıl və əkin sahələrini məhv etmək təhlükəsi yaranıb.
APA xəbər verir ki, bir neçə gündür Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb. Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər. Onlar ziyanvericilərə qarşı qısa müddət ərzində tədbir görülməsə, əkdikləri məhsulların məhv olacağından narahatdırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə və fumiqasiya mərkəzin rəisi Ceyhun İbrahimov bildirib ki, ərazidə kütləvi şəkildə Mərakeş çəyirtkələri yayılıb: "Əvvəlki illərin müşahidələrinə əsasən burda ümumiyyətlə, çəyirtkənin miqrasiyası müşahidə edilməyib. Ərazidə çəyirtkələrin yaranması keçən ilki nəsildən yetkin fərdlərin miqrasiya edərək bu ərazidə kütləvi şəkildə yumurta qoyması ilə bağlıdır. Bu çəyirtkələr məhz həmin yumurtalardan çıxan çəyirtkələrdir. Hazırda onların məhv edilməsi işləri aparılır. Çəyirtkələr məhv edildikdən sonra gələcəkdə bir daha müşahidə edilməyəcək".
Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda ziyanvericilər 50 hektara yaxın əkin sahəsinə yayılıb.