https://sputnik.az/20230601/fovqelade-hallar-nazirliyi-metroda-telim-kecirib---vdeo-455477063.html
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
Sputnik Azərbaycan
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən... 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T11:22+0400
2023-06-01T11:22+0400
2023-06-01T11:23+0400
fövqəladə hallar nazirliyi
cəmiyyət
metro
təlim
fhn
https://cdnn1.img.sputnik.az/img/42388/34/423883469_0:0:1920:1080_1920x0_80_0_0_e6dea0209a5a93ea18598c97071b62e8.jpg
BAKI, 1 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "Elmlər Akademiyası" stansiyasında təlim keçirilib. Təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "Elmlər Akademiyası" stansiyasında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada yanğın və qatı tüstülənmənin yaranması barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib". Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42388/34/423883469_410:0:1850:1080_1920x0_80_0_0_5afb1ce34fa7913576c4b995c3b32b34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fövqəladə hallar nazirliyi, metro, təlim, fhn
fövqəladə hallar nazirliyi, metro, təlim, fhn
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
11:22 01.06.2023 (Yenilənib: 11:23 01.06.2023) Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
BAKI, 1 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "Elmlər Akademiyası" stansiyasında təlim keçirilib.
Təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "Elmlər Akademiyası" stansiyasında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada yanğın və qatı tüstülənmənin yaranması barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib".
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.