https://sputnik.az/20230601/bu-il-sahdenizden-hasilatin-en-yuksek-sabit-seviyyeye-catdirilmasi-planlasdirilir-455509157.html
Bu il “Şahdəniz”dən hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır
Bu il “Şahdəniz”dən hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır
Sputnik Azərbaycan
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti bildirib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T23:54+0400
2023-06-01T23:54+0400
2023-06-01T23:54+0400
şahdəniz
neft-qaz
neft
hasilat
neft hasilatı
neft hasilatı
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2052_1920x0_80_0_0_e9065e7e6ceea08a476025f75cd7c286.jpg
BAKI, 1 iyun — Sputnik. "Bu il "Şahdəniz" yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır. Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək. Bununla da regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə veriləcək". Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib. O bildirib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur və hasilatın tədricən artırılması hələ davam edir: "Şahdəniz" layihəsi demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir. Eyni zamanda, biz yeni qaz mənbələri axtarırıq. Bu ilin əvvəllərində "Şahdəniz"də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq. Qeyd edim ki, quyuda qazma işləri aparan qurğu bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev ölkənin enerji strategiyasının reallığa çevrilməsində əvəzedilməz rol oynayıb. BP şirkəti olaraq biz bu nəhəng şəxsiyyəti dərin hörmət və minnətdarlıqla anırıq". O, həmçinin "Azəri-Çıraq-Günəşli"də dərin qaz laylarını qiymətləndirmək məqsədilə qazılan bir yeni quyunu yekunlaşdırmaq üzrə olduqlarını qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2736_1920x0_80_0_0_4e7bd01e677612fa11c1236015c5388f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahdəniz, neft, hasilat, neft hasilatı, neft hasilatı
şahdəniz, neft, hasilat, neft hasilatı, neft hasilatı
Bu il “Şahdəniz”dən hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti bildirib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur
BAKI, 1 iyun — Sputnik. "Bu il "Şahdəniz" yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır. Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək. Bununla da regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə veriləcək".
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib.
O bildirib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur və hasilatın tədricən artırılması hələ davam edir: "Şahdəniz" layihəsi demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir. Eyni zamanda, biz yeni qaz mənbələri axtarırıq. Bu ilin əvvəllərində "Şahdəniz"də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq. Qeyd edim ki, quyuda qazma işləri aparan qurğu bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev ölkənin enerji strategiyasının reallığa çevrilməsində əvəzedilməz rol oynayıb. BP şirkəti olaraq biz bu nəhəng şəxsiyyəti dərin hörmət və minnətdarlıqla anırıq".
O, həmçinin "Azəri-Çıraq-Günəşli"də dərin qaz laylarını qiymətləndirmək məqsədilə qazılan bir yeni quyunu yekunlaşdırmaq üzrə olduqlarını qeyd edib.