https://sputnik.az/20230601/bir-ailenin-dord-uzvunu-it-disleyib-455505748.html
Bir ailənin dörd üzvünü it dişləyib
Bir ailənin dörd üzvünü it dişləyib
Sputnik Azərbaycan
Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T21:41+0400
2023-06-01T21:41+0400
2023-06-01T21:41+0400
it
hadisə
ailə
it dişləməsi
dişləmə
dişləmək
https://cdnn1.img.sputnik.az/img/41716/15/417161547_0:318:3076:2048_1920x0_80_0_0_e7779eab8733f23766c4a8ebd7a00818.jpg
BAKI, 1 iyun — Sputnik. TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb. Qurumdan "Report"a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb. Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Kənd sakinləri 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib. Xatırladaq ki, dünən deputat Tahir Kərimli Milli Məclisin iclasında qeyd edib ki, Ağsuda, İsmayıllıda uşaqlar küçə itlərinin əlindən məktəbə, bağçaya gedə bilmirlər: "Hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq? Küçədə hərəkət etmək mümkün deyil".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41716/15/417161547_256:0:2987:2048_1920x0_80_0_0_bab5724eefeda92f773ead68cec90c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
it, ailə, it dişləməsi, dişləmə, dişləmək
it, ailə, it dişləməsi, dişləmə, dişləmək
Bir ailənin dörd üzvünü it dişləyib
Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib.
BAKI, 1 iyun — Sputnik. TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb.
Qurumdan "Report"a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.
Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Kənd sakinləri 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.
Xatırladaq ki, dünən deputat Tahir Kərimli Milli Məclisin iclasında qeyd edib ki, Ağsuda, İsmayıllıda uşaqlar küçə itlərinin əlindən məktəbə, bağçaya gedə bilmirlər: "Hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq? Küçədə hərəkət etmək mümkün deyil".