Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

© Sputnik / Rashad Keremogluİsmayıllıya güclü dolu yağıb
İsmayıllıya güclü dolu yağıb - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib.
BAKI, 1 iyun - Sputnik. İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.
Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9 mm, Zəngilan rayonun dağlıq ərazilərinə diametri 5-6 mm, saat 17:35 adələrində Oğuz rayonun Başdaşağıl kəndinə leysan yağışla birlikdə diamteri 25-30 mm, Laçın rayonun Qorçu kəndinə dolu düşüb.
Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib.
Xəbər lenti
0