SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

© Sputnik / Murad OrujovПодписание соглашения между деловыми центрами Астрахани и Азербайджана
Подписание соглашения между деловыми центрами Астрахани и Азербайджана - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Nümayəndə heyətləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
BAKI, 1 iyun — Sputnik. Mayın 31-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Xəbər lenti
0