https://sputnik.az/20230601/azerbaycanda-usaqlarin-boy-problemine-gore-hekimlere-muracietler-artib-455421855.html
Azərbaycanda uşaqların boy probleminə görə həkimlərə müraciətlər artıb
Azərbaycanda uşaqların boy probleminə görə həkimlərə müraciətlər artıb
Sputnik Azərbaycan
Flora Alcanova deyib ki, uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T08:45+0400
2023-06-01T08:45+0400
2023-06-01T08:45+0400
uşaq
səhiyyə
boy
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787592_0:0:3073:1728_1920x0_80_0_0_4141d3c4c3080a4faf9b3039d92037aa.jpg
BAKI, 1 iyun — Sputnik. Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi halları ilə bağlı müraciətlər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanova deyib. O bildirib ki, ilkin müayinələr zamanı çatışmazlıqları vaxtında aşkarlamaq mümkündür: "Uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar". Həkim-endokrinoloqun sözlərinə görə, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür: "STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur". F.Acalova vurğulayıb ki, boya təsir edən faktorlar çoxdur: "Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər. Həmçinin böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir. Bundan başqa kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır". "Milli Məclis tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur. Norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur. Hər bir valideyni uşaqların fiziki inkişafına qarşı diqqətli olmağı, hər hansı şübhə müşahidə edildiyi halda ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etməyi tövsiyə edirik", - o vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787592_131:0:2862:2048_1920x0_80_0_0_fdbc47f494822b4e48b69044fe02ffe3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, boy, milli məclis
Azərbaycanda uşaqların boy probleminə görə həkimlərə müraciətlər artıb
Flora Alcanova deyib ki, uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var.
BAKI, 1 iyun — Sputnik. Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi halları ilə bağlı müraciətlər artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanova deyib.
O bildirib ki, ilkin müayinələr zamanı çatışmazlıqları vaxtında aşkarlamaq mümkündür: "Uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar".
Həkim-endokrinoloqun sözlərinə görə, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür: "STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur".
F.Acalova vurğulayıb ki, boya təsir edən faktorlar çoxdur: "Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər. Həmçinin böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir. Bundan başqa kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır".
"Milli Məclis tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur. Norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur. Hər bir valideyni uşaqların fiziki inkişafına qarşı diqqətli olmağı, hər hansı şübhə müşahidə edildiyi halda ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etməyi tövsiyə edirik", - o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.