Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Rusiyalı parlamentari: Azərbaycanda xeyli sayda rus xalqının nümayəndəsi yaşayır

© AFP 2023 / NATALIA KOLESNIKOVAAzərbaycan
Azərbaycan - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Bakıda Ulu Öndərə və Azərbaycan multikulturalizminə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
BAKI, 1 iyun — Sputnik. İyunun 1-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Azərbaycan Respublikasının Milli Məclisi və MDB Parlamentlərarası Assambleyasının (PA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin nümayəndələri iştirak edirlər.
Əvvəlcə Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları iyunun 1-də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tədbirdə Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib ki, Rusiya Federasiyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinə dərin hörmətlə yanaşır. Dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq Ümummilli Lider kimi yazılıb. Ulu Öndər suveren və stabil Azərbaycan dövlətini yaratmağa müvəffəq olub.
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Kazbek Taysayev konfransda çıxış edərək bildirib ki, Heydər Əliyev unikal bir şəxsiyyət idi. Xalqının təkidi ilə rəhbərliyə qayıdan Ulu Öndər müstəqil və suveren Azərbaycan dövlətini yaratdı və onun gələcək inkişafının əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevə ölkələrimiz arasında vaxtilə Ümummilli Lider tərəfindən qoyulan dostluq əlaqələrini davam etdirdiyinə görə təşəkkürümü bildirirəm.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən K.Taysayev Ulu Öndərin Azərbaycan xalqı üçün zəngin irs qoyub getdiyini vurğulayıb. Bildirib ki, məhz Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünyanın bir çox ölkələri ilə strateji əməkdaşlıq əlaqələrinin əsasını qoyub.
Ölkəmizin multikulturalizm ənənələri ilə seçildiyini qeyd edən rusiyalı parlamentari Azərbaycanda xeyli sayda rus xalqının nümayəndəsinin yaşadığını bildirib. O, rus dilinin ali və orta təhsil müəssisələrində öyrənilməsinin Rusiya və Azərbaycan arasındakı mövcud dostluq əlaqələrindən irəli gəldiyini qeyd edib.
Xəbər lenti
0