DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yer orbitində insanların sayına görə yeni rekord müəyyənləşib

© pixabay / Free PhotosKosmik gəmi, arxiv şəkli
Kosmik gəmi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Əvvəlki rekord 2021-ci il sentyabrın 16-da eyni vaxtda 14 nəfərin orbitə toplaşması ilə qeydə alınmışdı.
BAKI, 31 may — Sputnik. Yerin orbitində eyni vaxtda insanların sayına görə rekord yenilənib. Çinin "Şençjou-16" kosmik gəmisinin buraxılmasından sonra onların sayı 17 nəfərə çatıb.
Qeyd edək ki, əvvəlki rekord 2021-ci il sentyabrın 16-da qeydə alınıb. O zaman orbitdə eyni vaxtda 14 nəfər toplanmışdı: yeddi nəfər BKS-də (iki rusiyalı, üç amerikalı, bir yapon və bir fransız), "Şençjou-12" kosmik gəmisində Çindən üç astronavt və özəl missiyanın bir hissəsi olaraq dörd ABŞ vətəndaşı "Crew Dragon" kosmik gəmisində.
Bundan əvvəl rekord dörddə bir əsrdir ki, yenilənmirdi. 1995-ci ilin martında eyni anda 13 nəfər orbitdə olub: altı kosmonavt Rusiyanın "Mir" stansiyasında, yeddisi Amerika kosmik gəmisi olan "İndevor"da.
© Photo : RosKosmos / Mediabanka keçidAçıq kosmosa çıxış, rusiyalı kosmonavt, arxiv şəkli
Выход в открытый космос российских космонавтов - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Açıq kosmosa çıxış, rusiyalı kosmonavt, arxiv şəkli
"Şençjou-16" gəmisi mayın 30-da Bakı vaxtı ilə səhər saat 5:31-də "Çançjan-2" raketində orbitə buraxılıb. Onun içində üç çinli astronavtdan ibarət ekipaj, üç həmyerlisinin artıq yerləşdiyi "Tyanqun" orbital stansiyasına uçur. Yeni gəminin ekipajına komandir Tszin Haypen, həmçinin Çju Yanzju və Quy Hayçao daxildir. Fey Tszyunlun, Den Tszinmin və Zjan Lu artıq "Tyanqun" stansiyasında işləyirlər. Onların yeni gəminin gəlişindən qısa müddət sonra Yerə qayıdacaqları gözlənilir. Bu, Çin orbital stansiyasının tarixində ikinci ekipaj yerdəyişməsi olacaq.
Hazırda BKS-də Rusiyanın "Soyuz MS-23" gəmisinin, ABŞ-ın "Crew Dragon" (ekipaj-6 missiyası) və "Axiom Space AX-2" şirkətinin (həmçinin "Crew Dragon" gəmisi ilə uçan) heyətləri - cəmi 11 nəfər işləyir.
Rusiya gəmisinin heyətinə rusiyalılar Sergey ProkopyevDmitri Petelin, həmçinin amerikalı Frenk Rubio daxildir. "Crew-6"nın missiyasına ABŞ astronavtları Stiven BouenVudi Hoburq, rusiyalı kosmonavt Andrey Fedyayev və BƏƏ astronavtı Sultan Əl-Neyadi daxildir.
Şəxsi missiyaya kosmosa uçuşlar veteranı, keçmiş NASA astronavtı Peqqi Uitson rəhbərlik edir. Onu yarış sürücüsü və sahibkar Con Şoffner, həmçinin Səudiyyə Ərəbistanından 40 il sonra ilk astronavtlar Əli əl-Qarni və ilk ərəb qadın astronavt Rayan Barnavi müşayiət ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0