DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə prezidentinin and içəcəyi tarix bəlli oldu

© AP Photo / Turkish PresidencyTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Həmin gün kabinet üzvlərinin and içməsi və yeni hökumətin işə başlayacağı gözlənilir.
BAKI, 31 may — Sputnik. Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin tarixi bəlli olub.
Türkiyə mediasının xəbərinə görə, prezidentin andiçmə mərasimi iyunun 3-də keçiriləcək. Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq.
Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.
İyunun 2-də isə millət vəkilləri Böyük Millət Məclisində and içəcəklər. Beş gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.
Türkiyənin Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini açıqlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0