CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İtləri yığıb Koreyaya, Çinə sataq?" Deputat küçə itləri və ağcaqanadlardan şikayətlənib

© Photo : REPORTTahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili
Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Tahir Kərimli deyib ki, Bakıda ağcaqanad əlindən dayanmaq olmur. Onlar əvvəllər günəş batandan sonra çıxardı, indi gün batmamış da çıxırlar. Bu, malyariya yarada bilər.
BAKI, 31 may - Sputnik. "Sovet dövründə sanitariya işləri aparılırdı, evləri, bağları dezinfeksiya edirdilər. İndi nəinki rayonlarda, heç Bakıda bunu etmirlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, Bakıda ağcaqanad əlindən dayanmaq olmur: "Ağcaqanadlar əvvəllər günəş batandan sonra çıxardı, indi gün batmamış da çıxırlar. Bu, malyariya yarada bilər. Buna diqqət etmək lazımdır".
Tahir Kərimli onu da qeyd edib ki, Ağsuda, İsmayıllıda uşaqlar küçə itlərinin əlindən məktəbə, bağçaya gedə bilmirlər: "Hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq? Küçədə hərəkət etmək mümkün deyil. Başqa bir məsələ də var. Zirədə ilan zavodu var idi və hər il oradan ilan zəhərləri yığılıb dərman üçün xaricə satılırdı. İndi zəhərli ilanlar baş alıb gedir, evlərin zirzəmilərinə yığılır. Sovet dövründə olduğu kimi, bu məsələlərə diqqət edilməsi lazımdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0