Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində yer ala bilər

© AFP 2024 / NICOLAS TUCATQarabağ
Qarabağ - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Azərbaycan komandasının potensial rəqibləri "Dinamo" (Zaqreb, Xorvatiya), "Kopenhagen" (Danimarka), "Yanq Boyz" (İsveçrə) və "Qalatasaray" (Türkiyə) olacaq. Bu klublardan yalnız "Yanq Boyz" ÇL-ə məhz pley-off mərhələsindən başlayacaq.
BAKI, 31 may — Sputnik. "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər.
Bunun üçün Ağdam klubu ilk növbədə özü həmin raunda qədər irəliləməli və daha yüksək reytinqə malik 2 komandanın büdrəməsinə ümid etməlidir.
Turnirə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu mübarizəni davam etdirəcəyi təqdirdə, ilk üç raundda səpələnmişlərdə qərarlaşacaq. Əgər favoritlərin hamısı sona qədər irəliləsə, o zaman Qurban Qurbanovun kollektivi pley-offun püşkatmasında səpələnməmişlərdə yer alacaq. Belə olan halda Azərbaycan komandasının potensial rəqibləri "Dinamo" (Zaqreb, Xorvatiya), "Kopenhagen" (Danimarka), "Yanq Boyz" (İsveçrə) və "Qalatasaray" (Türkiyə) olacaq. Bu klublardan yalnız "Yanq Boyz" ÇL-ə məhz pley-offdan başlayacaq.
"Dinamo", "Kopenhagen", "Qalatasaray", həmçinin, "Qarabağ"dan daha çox reytinq xalına malik olan Macarıstan təmsilçisi "Ferentsvaroş"un uğurlu çıxışı Azərbaycan klubunun işinə yaramayacaq. Adıçəkilən klublardan ikisinin əvvəlki mərhələlərdə büdrəməsi "Qarabağ"ın qrup öncəsi son raundda səpələnmişlərə düşməsi üçün yetərli olacaq.
Bu komandalardan "Ferentsvaroş" I, digərləri isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Çempionlar Liqasında pley-offun püşkatması avqustun 7-də olacaq. Bu mərhələnin oyunları isə avqustun 22-23-də və 29-30-da keçiriləcək. (Report)
Xəbər lenti
0