https://sputnik.az/20230531/kilicdaroglu-mehkeme-qarsisina-cixarila-biler-455452716.html
Kılıçdaroğlu məhkəmə qarşısına çıxarıla bilər
Kılıçdaroğlu məhkəmə qarşısına çıxarıla bilər
Sputnik Azərbaycan
2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T18:27+0400
2023-05-31T18:27+0400
2023-05-31T18:49+0400
kamal kılıçdaroğlu
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
chp lideri kamal kılıçdaroğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450480370_0:0:2731:1537_1920x0_80_0_0_1c20dc575c61181f321f1fd642b8838d.jpg
BAKI, 31 may — Sputnik. Cümhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olduğu üçün 14 may seçkilərində deputatlığa namizəd olmamışdı. Bu səbəbdən deputatlıq hüquqlarından istifadə edə bilməyəcək Kılıçdaroğlunun toxunulmazlığı yeni TBMM and içərək vəzifəyə başladıqdan sonra rəsmən götürüləcək. Son tarixin cümə günü olacağı gözlənilir. 2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var. Ancaq 2016-cı ildə Türkiyə Böyük Millət Məclisində edilən konstitusiya dəyişikliyi ilə deputatların o tarixə qədərki iddialar ləğv olunmuşdu. Kılıçdaroğluna qarşı təxminən 60 iddia ləğv olunmuşdu. Bu iddia və araşdırmaların çoxu Kılıçdaroğlunun lehinə yekunlaşıb. Qalan iddialara Kılıçdaroğlu 2018-ci ildə yenidən millət vəkili seçildikdən sonra xitam verilib. Kılıçdaroğluna qarşı 2016-cı ildən bu günə qədər prokurorluq tərəfindən hazırlanan iddialarda "cinayət tərkibi" kimi aşkarlansa, onları ittiham aktına çevirib məhkəməyə göndərə biləcək. Məhkəmələrdəki işlər qaldıqları yerdən davam edəcək. Bu halda Kılıçdaroğlu təqsirləndirilən şəxs qismində məhkəməyə gəlməli olacaq. Kılıçdaroğluna qarşı 40-a yaxın iddia olduğu açıqlanıb.Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230513/kilicdaroglu-cahildir---erdogan-chp-liderinin-azerbaycandankenar-layihesi-barede---vdeo-454805129.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450480370_0:0:2731:2048_1920x0_80_0_0_6009b214b949958894e4d64e14d3d47a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kamal kılıçdaroğlu, rəcəb tayyip ərdoğan, chp lideri kamal kılıçdaroğlu
kamal kılıçdaroğlu, rəcəb tayyip ərdoğan, chp lideri kamal kılıçdaroğlu
Kılıçdaroğlu məhkəmə qarşısına çıxarıla bilər
18:27 31.05.2023 (Yenilənib: 18:49 31.05.2023) 2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var.
BAKI, 31 may — Sputnik. Cümhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olduğu üçün 14 may seçkilərində deputatlığa namizəd olmamışdı. Bu səbəbdən deputatlıq hüquqlarından istifadə edə bilməyəcək Kılıçdaroğlunun toxunulmazlığı yeni TBMM and içərək vəzifəyə başladıqdan sonra rəsmən götürüləcək. Son tarixin cümə günü olacağı gözlənilir.
2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var. Ancaq 2016-cı ildə Türkiyə Böyük Millət Məclisində edilən konstitusiya dəyişikliyi ilə deputatların o tarixə qədərki iddialar ləğv olunmuşdu. Kılıçdaroğluna qarşı təxminən 60 iddia ləğv olunmuşdu. Bu iddia və araşdırmaların çoxu Kılıçdaroğlunun lehinə yekunlaşıb.
Qalan iddialara Kılıçdaroğlu 2018-ci ildə yenidən millət vəkili seçildikdən sonra xitam verilib.
Kılıçdaroğluna qarşı 2016-cı ildən bu günə qədər prokurorluq tərəfindən hazırlanan iddialarda "cinayət tərkibi" kimi aşkarlansa, onları ittiham aktına çevirib məhkəməyə göndərə biləcək. Məhkəmələrdəki işlər qaldıqları yerdən davam edəcək. Bu halda Kılıçdaroğlu təqsirləndirilən şəxs qismində məhkəməyə gəlməli olacaq. Kılıçdaroğluna qarşı 40-a yaxın iddia olduğu açıqlanıb.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.