https://sputnik.az/20230531/ctimai-yerlerde-tutun-cekilmesinin-mehdudlasdirilmasi-ile-bagli-hec-bir-is-gorulmur-455442426.html
İctimai yerlərdə tütün çəkilməsinin məhdudlaşdırılması ilə bağlı heç bir iş görülmür
İctimai yerlərdə tütün çəkilməsinin məhdudlaşdırılması ilə bağlı heç bir iş görülmür
Sputnik Azərbaycan
Deputat Qənirə Paşayeva bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilsə də, qanunun icrası ilə bağlı heç bir... 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T16:58+0400
2023-05-31T16:58+0400
2023-05-31T16:59+0400
tütün
cəmiyyət
millət vəkili qənirə paşayeva
qənirə paşayeva
siqaret
siqaret çəkmək
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_0:141:2000:1266_1920x0_80_0_0_49fe8072bae2b7e6e77239ddf540b2c9.jpg
BAKI, 31 may - Sputnik. "Biz "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul etmişik. Amma qanunun icrası ilə bağlı heç bir addım atılmır". Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib. Mayın 31-nin Tütünlə Mübarizə Günü olduğunu xatırladan deputat diqqətə çatdırıb ki, çox təəssüf ki, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması, məktəb yaxınlığında bu məhsulların satışının dayandırılması, reklamla bağlı məhdudiyyət tətbiq olunması istiqamətində heç bir iş görülmür. Deputat onu da əlavə edib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi hələ də problem kimi qalmaqdadır. Hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsinin işlə təmin olunduğu açıqlansa, yaxşı olar. Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individual yanaşılmalıdır. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir. Tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır: -təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; -tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; -idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; -restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; -ticarət obyektlərində; -məişət obyektlərində; -sosial xidmət müəssisələrində; -yerləşdirmə vasitələrində; -teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; -uşaq meydançalarında; -yerüstü qapalı və yeraltı piyada keçidlərində; -müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində və s.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_227:0:2000:1330_1920x0_80_0_0_2e7f482fd6d70eb675952f534434e881.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tütün, millət vəkili qənirə paşayeva, qənirə paşayeva, siqaret, siqaret çəkmək
tütün, millət vəkili qənirə paşayeva, qənirə paşayeva, siqaret, siqaret çəkmək
İctimai yerlərdə tütün çəkilməsinin məhdudlaşdırılması ilə bağlı heç bir iş görülmür
16:58 31.05.2023 (Yenilənib: 16:59 31.05.2023) Deputat Qənirə Paşayeva bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilsə də, qanunun icrası ilə bağlı heç bir addım atılmır.
BAKI, 31 may - Sputnik. "Biz "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul etmişik. Amma qanunun icrası ilə bağlı heç bir addım atılmır".
Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.
Mayın 31-nin Tütünlə Mübarizə Günü olduğunu xatırladan deputat diqqətə çatdırıb ki, çox təəssüf ki, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması, məktəb yaxınlığında bu məhsulların satışının dayandırılması, reklamla bağlı məhdudiyyət tətbiq olunması istiqamətində heç bir iş görülmür.
Deputat onu da əlavə edib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi hələ də problem kimi qalmaqdadır. Hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsinin işlə təmin olunduğu açıqlansa, yaxşı olar. Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individual yanaşılmalıdır.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun
Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.
Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər
Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
-təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
-tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
-idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
-restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
-sosial xidmət müəssisələrində;
-yerləşdirmə vasitələrində;
-teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
-yerüstü qapalı və yeraltı piyada keçidlərində;
-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində və s.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.