https://sputnik.az/20230531/bizim-diger-avropa-boru-kemerlerine-de-cixisimiz-olmalidir---lham-eliyev-455462004.html
Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır - İlham Əliyev
Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır - İlham Əliyev
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti onu da qeyd edib ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T17:20+0400
2023-05-31T17:20+0400
2023-05-31T17:20+0400
iqtisadiyyat
prezident ilham əliyev
enerji
neft
qaz
tap
tanap
yaşıl enerji
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1f/455444492_0:80:905:589_1920x0_80_0_0_71be4db5408a087bf398c02e6493f69c.jpg
BAKI, 31 may - Sputnik. Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.“Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik”, - deyə dövlət başçısı vurğulayıb.Azərbaycan Prezidenti deyib ki, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir: “Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir”.“Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”Azərbaycan Prezidenti onu da qeyd edib ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. "Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək", - o, bildirib.Dövlət başçısı ümumilikdə saziş və memorandumlar nəzərə alınsa, Azərbaycanın artıq 25 qiqavatlıq sazişlər imzaladığını qeyd edib: "Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir”.Prezident qeyd edib ki, imzalanan memorandumların yarısı belə reallaşsa, bu, Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1f/455444492_7:0:899:669_1920x0_80_0_0_0fe0c8fbafdc5b5f61937065a97cf972.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, enerji, neft, qaz, tap, tanap, yaşıl enerji
prezident ilham əliyev, enerji, neft, qaz, tap, tanap, yaşıl enerji
Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır - İlham Əliyev
Azərbaycan Prezidenti onu da qeyd edib ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var.
BAKI, 31 may - Sputnik. Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
“Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti deyib ki, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir: “Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir”.
“Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”
Azərbaycan Prezidenti onu da qeyd edib ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var.
"Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək", - o, bildirib.
Dövlət başçısı ümumilikdə saziş və memorandumlar nəzərə alınsa, Azərbaycanın artıq 25 qiqavatlıq sazişlər imzaladığını qeyd edib:
"Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir”.
Prezident qeyd edib ki, imzalanan memorandumların yarısı belə reallaşsa, bu, Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.