https://sputnik.az/20230531/bakinin-esrarengiz-binalarinin-muellifleri-niye-ecnebilerdir-455145037.html
Bakının əsrarəngiz binalarının müəllifləri niyə əcnəbilərdir?
Bakının əsrarəngiz binalarının müəllifləri niyə əcnəbilərdir?
Sputnik Azərbaycan
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fikrincə, hələki Azərbaycanda adamları təəccübləndirəcək bir işi ortaya çıxaracaq memar yoxdur. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T10:00+0400
2023-05-31T10:00+0400
2023-05-31T10:00+0400
bakı
mədəniyyət
memar
memar zaha hadid
azərbaycan memarlıq və inşaat universiteti
https://cdnn1.img.sputnik.az/img/40773/40/407734002_0:0:1800:1014_1920x0_80_0_0_73f67520c1d56cee500c59a37a5a4b16.jpg
BAKI, 31 may — Sputnik. Azərbaycanda hər il onlarla bina və parklar inşa olunur. Bəzi binalar var ki, onların inşasına milyonlar, milyardlar xərclənir. Məsələn, elə götürək Heydər Əliyev Mərkəzini. Yerli, elə də xarici turistlərin marağını cəlb edən möhtəşəm mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənilib. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Daha bir əsrarəngiz bina isə Xalça muzeyidir. 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi, köməyi olub. Bükülmüş xalçanı xatırladan, orijinal üslubda inşa olunan binanın müəllifi avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilib. Bakının ən bahalı və ecazkar binaları sırasına SOCAR-ın yeni binasını da daxil etmək olar. Həmin bina Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunub. Siyahıya Alov qüllələrini (ing. Flame Towers), Aypara sarayı və şəhərciyini (The Crescent Development Project) də daxil etmək olar. Maraqlıdır, bəs görəsən, Bakıdakı dəbdəbəli binalarda niyə Memarlıq və İnşaat Universitetini bitirən memarların izi yoxdur? Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bunun səbəbini yerli mütəxəssilərin yetişməməsində görür:Tanınmış memar, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor Cahid Həsənov isə Fərhad Xəlilovun fikirləri ilə razılaşmır. Memar deyir ki, Zaha Hadid dünya memarlıq salnaməsində öz sözünü demiş memardır, onun işləri bütün dünyada məşhurdur, o, dünyanın ən inkişaf etmiş ölkələrində işləyib. Amma digər binaların, parkların, bulvarların memarı özümüzünkülərdir:"Məsələn, Gənclik parkının tikilişinə başlamazdan öncə xarici memarlar da öz layihələrini təqdim etmişdilər. Amma onların layihələri qəbul olunmamışdı. Mənim layihəm ölkə rəhbəri tərəfindən bəyənildi, o layihə əsasında tikildi. Azərbaycanda bəzi insanlar var ki, onlar həmişə bizim haqqımızda yanlış təsəvvür formalaşdırmağa çalışırlar". Memar əlavə edib ki, Azərbaycanda olan memarlıq məktəbi, Mikayıl Hüseynov, Sadıq Dadaşov kimi korifeylərin layihəsi MDB məkanında, digər xarici ölkələrdə işlənib. Həmin memarlarla yanaşı, onların tələbələrinin də layihələri işlənib: Şuşada şüşədən məscid biabırçılığıOnlarla parkların, binaların müəllifi olan C.Həsənov təəssüf hissi ilə qeyd edir ki, təşkil olunan müsabiqələrdən nə özünün, nə də həmkarlarının xəbəri olur: "Fərhad müəllim deyir ki, müsabiqə təşkil olunub. Bəs niyə mənim o müsabiqələrdən xəbərim yoxdur? Niyə müsabiqə təşkil olunanda mənim xəbərim olmur ki, tanıdığım memarları ora göndərim. Qoy xaricdən də gəlsin, amma bizim memarlarımız da iştirak etsin. Yox əgər bizim memarlar cəlb olunmayacaqsa, Memarlıq və İnşaat Universitetini bağlasınlar. Qarabağda modern məscid inşası üçün xaricdən memar çağırıblar. İtaliyadan bir memar şüşədən məscid layihəsi təqdim etmişdi. Bu, böyük biabırçılıq idi. Şuşa kimi yerdə yalnız klassik bina olmalı idi. Şüşədən məscid necə ola bilər ki?" Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev də Fərhad Xəlilovun fikirləri ilə razılaşmayıb. Onun sözlərinə görə, Sovet dönəmində tikilən binaların böyük bir hissəsini Memarlıq və İnşaat universitetini bitirmiş yerli memarlar inşa edib. Müstəqillik dövründə də onlar ölkədə tikilən binaların inşasında iştirak ediblər: Paytaxtımızda olan bahalı binalara gəlincə, N.Abdullayev deyir ki, xaricdən memar cəlb etmək tendensiyası bütün dünyada var. "Dünyada çox məşhur memarlıq şirkətləri var ki, onlar bütün dünyada fəaliyyət göstərirlər. Məsələn, Zaha Hadid Amerikada, Yaponiyada, Dubayda ən məşhur binaların müəllifidir. Yəni, Zaha Hadid kimi memarı yetişdirməyə hər universitetin gücü yetməz. Elə memarlar 100 ildən bir yaranır, formalaşır və bütün dünyaya xidmət edir. Yəni, onu millətinə görə ayırmaq olmaz", - deyə mətbuat katubu əlavə edib. Bununla belə, o, yerli məmurların bacarıqlarının etiraf edilməməsinin də düzgün olmadığını deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40773/40/407734002_0:0:1600:1200_1920x0_80_0_0_bf42d92713b7d0897f5a480bf2db8ec2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, memar, memar zaha hadid, azərbaycan memarlıq və inşaat universiteti
bakı, memar, memar zaha hadid, azərbaycan memarlıq və inşaat universiteti
Bakının əsrarəngiz binalarının müəllifləri niyə əcnəbilərdir?
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fikrincə, hələki Azərbaycanda adamları təəccübləndirəcək bir işi ortaya çıxaracaq memar yoxdur.
BAKI, 31 may — Sputnik. Azərbaycanda hər il onlarla bina və parklar inşa olunur. Bəzi binalar var ki, onların inşasına milyonlar, milyardlar xərclənir. Məsələn, elə götürək Heydər Əliyev Mərkəzini. Yerli, elə də xarici turistlərin marağını cəlb edən möhtəşəm mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənilib. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.
Daha bir əsrarəngiz bina isə Xalça muzeyidir. 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi, köməyi olub. Bükülmüş xalçanı xatırladan, orijinal üslubda inşa olunan binanın müəllifi avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilib.
Bakının ən bahalı və ecazkar binaları sırasına SOCAR-ın yeni binasını da daxil etmək olar. Həmin bina Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunub. Siyahıya Alov qüllələrini (ing. Flame Towers), Aypara sarayı və şəhərciyini (The Crescent Development Project) də daxil etmək olar.
Maraqlıdır, bəs görəsən, Bakıdakı dəbdəbəli binalarda niyə Memarlıq və İnşaat Universitetini bitirən memarların izi yoxdur?
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bunun səbəbini yerli mütəxəssilərin yetişməməsində görür:
"Heydər Əliyev Mərkəzi tikilməzdən öncə müsabiqə elan olundu. Mən də münsiflər heyətinin tərkibində idim. O vaxt bizim yerli memarlar da öz layihələrini müsabiqəyə göndərmişdilər. Amma o layihələr olduqca bəsit, gülünc idi. Mən özüm Zaha Hadidə səs vermişəm. Həmin vaxt dünyanın başqa ölkələrindən də layihələr təqdim olunmuşdu. Amma Zaha Hadidin əsərini seçdik. Bakı üçün möhtəşəm bir sənət əsəridir. Xarici turistlər mərkəzi görməyə gəlirlər. Mən demirəm bizdə memarlıq məktəbi yoxdur, olmayacaq. Olacaq, amma hələki bizi təəccübləndirəcək bir işi ortaya çıxaracaq memar yoxdur".
Tanınmış memar, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor Cahid Həsənov isə Fərhad Xəlilovun fikirləri ilə razılaşmır. Memar deyir ki, Zaha Hadid dünya memarlıq salnaməsində öz sözünü demiş memardır, onun işləri bütün dünyada məşhurdur, o, dünyanın ən inkişaf etmiş ölkələrində işləyib. Amma digər binaların, parkların, bulvarların memarı özümüzünkülərdir:
"Məsələn, Gənclik parkının tikilişinə başlamazdan öncə xarici memarlar da öz layihələrini təqdim etmişdilər. Amma onların layihələri qəbul olunmamışdı. Mənim layihəm ölkə rəhbəri tərəfindən bəyənildi, o layihə əsasında tikildi. Azərbaycanda bəzi insanlar var ki, onlar həmişə bizim haqqımızda yanlış təsəvvür formalaşdırmağa çalışırlar".
Memar əlavə edib ki, Azərbaycanda olan memarlıq məktəbi, Mikayıl Hüseynov, Sadıq Dadaşov kimi korifeylərin layihəsi MDB məkanında, digər xarici ölkələrdə işlənib. Həmin memarlarla yanaşı, onların tələbələrinin də layihələri işlənib:
"Mən də Mikayıl Hüseynovun yetirməsi olmuşam. Çox təəssüf ki, bu gün bir çox insanlar, memarlıq studiyaları yaradır. Dövlətin milyonlarla pul ayırdığı layihələrə o studiyadakı memarlar öz ideyalarını verirlər. Lakin onların ideyaları qəbul olunmur, xaricdən memar gətirilir".
Şuşada şüşədən məscid biabırçılığı
Onlarla parkların, binaların müəllifi olan C.Həsənov təəssüf hissi ilə qeyd edir ki, təşkil olunan müsabiqələrdən nə özünün, nə də həmkarlarının xəbəri olur:
"Fərhad müəllim deyir ki, müsabiqə təşkil olunub. Bəs niyə mənim o müsabiqələrdən xəbərim yoxdur? Niyə müsabiqə təşkil olunanda mənim xəbərim olmur ki, tanıdığım memarları ora göndərim. Qoy xaricdən də gəlsin, amma bizim memarlarımız da iştirak etsin. Yox əgər bizim memarlar cəlb olunmayacaqsa, Memarlıq və İnşaat Universitetini bağlasınlar. Qarabağda modern məscid inşası üçün xaricdən memar çağırıblar. İtaliyadan bir memar şüşədən məscid layihəsi təqdim etmişdi. Bu, böyük biabırçılıq idi. Şuşa kimi yerdə yalnız klassik bina olmalı idi. Şüşədən məscid necə ola bilər ki?"
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev də Fərhad Xəlilovun fikirləri ilə razılaşmayıb. Onun sözlərinə görə, Sovet dönəmində tikilən binaların böyük bir hissəsini Memarlıq və İnşaat universitetini bitirmiş yerli memarlar inşa edib. Müstəqillik dövründə də onlar ölkədə tikilən binaların inşasında iştirak ediblər:
"Yeri gəlmişkən, işğaldan azad olunmuş bölgələrin tikintisində xarici şirkətlər işləsə də, əsas işçi qüvvəsi yerli memarlardır".
Paytaxtımızda olan bahalı binalara gəlincə, N.Abdullayev deyir ki, xaricdən memar cəlb etmək tendensiyası bütün dünyada var.
"Dünyada çox məşhur memarlıq şirkətləri var ki, onlar bütün dünyada fəaliyyət göstərirlər. Məsələn, Zaha Hadid Amerikada, Yaponiyada, Dubayda ən məşhur binaların müəllifidir. Yəni, Zaha Hadid kimi memarı yetişdirməyə hər universitetin gücü yetməz. Elə memarlar 100 ildən bir yaranır, formalaşır və bütün dünyaya xidmət edir. Yəni, onu millətinə görə ayırmaq olmaz", - deyə mətbuat katubu əlavə edib. Bununla belə, o, yerli məmurların bacarıqlarının etiraf edilməməsinin də düzgün olmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.