Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərkosmos" Britaniyaya necə xidmət göstərib?

© Sputnik / Zulfiyya Guluyeva Azərkosmos
 Azərkosmos - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Bu ilin aprel ayında "Azərkosmos" dünyanın 41 ölkəsinə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.
BAKI, 31 may — Sputnik. Cari ilin yanvar-aprel aylarında "Azərkosmos" tərəfindən dünyanın 42 ölkəsinə 6,2 mln. dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib. Bu ilin aprel ayında isə "Azərkosmos" dünyanın 41 ölkəsinə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,7 mln. dollar ilə Birləşmiş Krallıq, 1,4 mln. dollar ilə Lüksemburq, 595,9 min dollar ilə BƏƏ, 339,8 min dollar ilə Almaniya və 291,3 min dollar ilə Pakistan qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0