https://sputnik.az/20230531/azerbaycanin-qoruq-ve-muzeylerine-ecnebiler-ucun-giris-qiymetleri-bahalasdirildi-455467371.html
Azərbaycanın qoruq və muzeylərinə əcnəbilər üçün giriş qiymətləri bahalaşdırıldı
Azərbaycanın qoruq və muzeylərinə əcnəbilər üçün giriş qiymətləri bahalaşdırıldı
Sputnik Azərbaycan
Sabahdan Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişiklik ediləcək. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T23:36+0400
2023-05-31T23:36+0400
2023-05-31T23:36+0400
mədəniyyət
muzey
atəşgah məbədi
kiş
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426079884_0:160:3072:1888_1920x0_80_0_0_62237c8adff431116dce46e3317c78b7.jpg
BAKI, 31 may - Sputnik. İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.Bu barədə Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426079884_171:0:2902:2048_1920x0_80_0_0_e8e90d316334b2b51c75a15796c9b6b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muzey, atəşgah məbədi, kiş
muzey, atəşgah məbədi, kiş
Azərbaycanın qoruq və muzeylərinə əcnəbilər üçün giriş qiymətləri bahalaşdırıldı
Sabahdan Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişiklik ediləcək.
BAKI, 31 may - Sputnik. İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
Bu barədə Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.
Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.
Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.