SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr aparılıb

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
BAKI, 31 may - Sputnik. Mayın 31-də Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında məsləhətləşmələr keçirilib.
Rusiya XİN-in yaydığı məlumata görə, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib.
"Bir sıra regional və beynəlxalq mövzular üzrə ətraflı müzakirə aparılıb. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb" - deyə Rusiya XİN-dən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 25.05.2023
SİYASƏT
Moskvada Putin, Əliyev və Paşinyan arasında üçtərəfli zirvə görüşü olub - VİDEO
Xəbər lenti
0