Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun ümumqoşun poliqonunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

© AR Ministry of DefenceHərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib
Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
BAKI, 31 may — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda "N" hərbi hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.
Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.
Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Qeyd edək ki, bir müddət öncə də Azərbaycan Ordusu real döyüş şəraitində təlimlər keçirib, reaktiv yaylım atəşi sistemlərindən atışlar icra olunub.
Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.
Xəbər lenti
0