Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan ABŞ-la "yaşıl enerji" layihələrinin inkişafını müzakirə edib

© Official website of President of Azerbaijan RepublicBakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir  - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirdiyi görüşdə aparılıb.
BAKI, 31 may - Sputnik. Azərbaycan ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.
Bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirdiyi görüşdə aparılıb.
P. Şahbazov bu barədə özünün "Twitter" hesabında yazıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.
Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulanıb, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunulub.
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində sərginin rəsmi açılış mərasimində  - Sputnik Azərbaycan, 1920, 31.05.2023
PAYTAXT XƏBƏRLƏRİ
İlham Əliyev enerji təhlükəsizliyində Azərbaycanın rolunu açıqladı - VİDEO
Xəbər lenti
0