Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin "ölümü" Avropaya baha başa gələcək

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Aİ ölkələrinin vətəndaşları hələ dərk etməyiblər ki, Soyuq Müharibə bahalı həzzdir.
BAKI, 31 may — Sputnik, Dmitri Bavırin. Prezident Vladimir Putinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni (AASQM) denonsasiya etmək haqqında fərmanı rusiyalıların və amerikalıların Birinci Soyuq Müharibənin nəticələrindən sonra qurduğumuz təhlükəsizlik arxitekturasının tabutuna son mismar oldu.
Hazırda biz Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə nəzərdə tutulan məhdudiyyətlərdən asılı olmayaraq, öz ərazimizdə bu qədər miqdarda və lazım bildiyimiz yerdə silah toplaya bilərik. Doğrudur, 15 ildir ki, bizi bu mənada heç nə məhdudlaşdırmır, çünki 2007-ci ildə başqa bir fərmanla Vladimir Putin Rusiyanın bu sazişdə iştirakını dayandırıb.
Əgər hazırkı fərman son mismardırsa, deməli, bu, birinci xəbərdarlıq, daha dəqiq desək, ikinci idi: Rusiya ilə Qərb arasında mövcud münaqişəni Qərbdə çoxları Putinin 2007-ci ildə də etdiyi Münhen çıxışından başlayaraq hesablayır.
Siyasət üçün on beş il uzun müddətdir. Lakin bu qədər uzun müddətdir qüvvədə olmayan bir şeyin dayandırılması hazırda heç bir formallıq deyil, Rusiyadan Qərbə çox mühüm siqnaldır, bəlkə də həmin Münhendəki çıxışdan daha vacibdir. Əgər Vaşinqton və Brüssel bu çıxışı nəinki dinləsəydi, həm də eşitsəydi, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni xilas etmək olardı, hətta Rusiyanın orada iştirakını dayandırmağa belə ehtiyac qalmazdı. O zaman rusiyalılar fərqli şəraitdə yaşayardı: NATO-nun genişlənməsi, Ukrayna münaqişəsi, sanksiyalar, ümumiyyətlə, ikinci soyuq müharibə olmazdı, amma Qərb başqa yol seçdi.
© Sputnik / Илья ПиталевVladimir Putin, arxiv şəkli
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Vladimir Putin, arxiv şəkli
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə əlamətdar bir sənəd idi: Avropa tarixində ilk dəfə onun dövlətləri müdafiə məsələlərində belə şəffaflığa razı oldular, silahlanma yarışı dayandırıldı, üçüncü dünya müharibəsi mifə çevrildi, irəlidə cəsur yeni dünya göründü. Şimali Atlantika Alyansı Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin imzalanması zamanı verilən vədlərin əksinə olaraq, şərqə doğru genişlənməyə başlayanda, Müqavilə Rusiyanın Qərbin xeyrinə saxlanması elementinə çevrildi.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə sxemində Rusiya üçün əsas təhlükə Baltikyanı respublikaların Müqaviləyə qoşulmaması idi, baxmayaraq ki, Vaşinqton və Brüssel onları asanlıqla buna məcbur edə bilərdi. Praktikada bu o demək idi ki, Rusiya ilə həmsərhəd olan NATO dövlətlərində siz istədiyiniz qədər, məsələn, Amerika tanklarını saxlaya bilərsiniz, Müqavilə isə Moskvanı silahların sayı və onların yerləşməsi baxımından məhdudlaşdırırdı. İndiyə qədər gəldiyimiz hər şeyi nəzərə alsaq, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə riayət etmək Rusiya üçün yavaş intihar olardı.
Beləliklə, bizim üçün vacib olan hər şey o vaxt, 2007-ci ildə baş verib. Ancaq Qərb üçün isə - yalnız indi, Müqavilə nəinki dayandırıldıqda, həm də, denonsasiya olunduqda. Bəli, biz bunu 16 il ərzində yerinə yetirmədik, amma bütün bu illər ərzində prezidentin bircə sərəncamı ilə ona qayıtmaq mümkün idi. Bu gün isə geriyə qayıtmaq mümkün deyil: Avropanın yeni demilitarizasiyasına başlamaq üçün yeni sazişi razılaşdırmaq, onu imzalamaq və ratifikasiya etmək lazımdır ki, bu da epoxal hadisəyə çevriləcək. Çox güman ki, yeni soyuq müharibəni bitirəcək bir hadisə kimi.
Bu, bir gün bitəcək. Qitədəki qonşular üçün əməkdaşlıq etməyin bir-birinə qarşı ordu qurmaqdan daha sərfəli olduğu faktını heç nə dəyişməyəcək. Əməkdaşlıq ümumiyyətlə normadır, yeni dünya müharibəsinə səbəb ola biləcək siyasi münaqişə isə təhlükəli anomaliyadır. Və bu anomaliya yalnız ABŞ-ın Avropa işlərində təsirinin artması sayəsində mümkün olub. Məhz bu, təhlükəsiz və silahsız Avropa arzusunu həyata keçirməz etdi.
Birləşmiş Ştatlar sabitliyi pozan amil kimi özünü həddən artıq şişirdərsə, o zaman özü-özünü sıradan çıxaracaq. Bu, tezliklə baş verməyəcək, amma Avropa Amerikanın təsirinə nə qədər çox müqavimət göstərərsə, o qədər tez olacaq. Bu da həqiqət ola bilməyəcək qədər yaxşı səslənir, lakin bunun üçün Avropada adi silahlı qüvvələr haqqında müqavilənin ölümü də daxil olmaqla ciddi motivasiyalar var.
Aİ ölkələrinin vətəndaşları hələ dərk etməyiblər ki, Soyuq Müharibə bahalı həzzdir. Bunu əvvəllər bilənlər isı, təəssüf ki, unudublar. Rusiya ilə iqtisadi qarşıdurma nəticəsində dəymiş itkilər uzun və əsarətli hesabda yalnız ilk mövqelərdir. Müdafiəyə qənaətin sosial sferaya əlavə milyardlarla avro xərcləməyə imkan verdiyi günlər geridə qalıb. Bunun əvəzinə, əksinə, kiçilmək - daha çox vergi ödəmək və ya son bir ildə Pribaltikada bərpa olunmağa başlayan çağırış ordusunda xidmət etmək lazım olacaq.
Rusiya ilə sistemli qarşıdurma Avropanın rifahını o qədər yeyəcək ki, gec-tez kimsə bu israfçılığı dayandırmaq istəyəcək. Nəhəng Rusiya bazarına çıxışın və oradan enerji resurslarının əldə edilməsinin üçüncü dünya müharibəsinə sərmayə qoymaqdan qat-qat xoş və sərfəli olması fikri ümidsiz sayılmayacaq qədər açıqdır.
Aİ liderləri, şübhəsiz ki, bunu hazırda da başa düşürlər, lakin onlar başqa ssenariyə - Rusiyanın hərbi məğlubiyyəti ssenarisinə üstünlük veriblər. Bunun ardınca opponentlərimizin ümid etdiyi kimi, qarışıqlıq, Avropayönlü hökumətin hakimiyyətə gəlməsi və Rusiyanın tabe mövqeyə malik üçüncü dərəcəli gücə çevrilməsi ola bilər. Belə olan halda, avropalıların hazırkı vəziyyətdə bəyənmədiyi hər şey sıfırlana bilər. Hətta 29.05.2023-cü il tarixindən əvvəl yalnız bircə fərmanla biz Avropada adi silahlı qüvvələr haqqında müqavilə məhdudiyyətlərinə qaytarıla bilərdik. Hazırda bu mümkün deyil.
O, yeni təsir sahələrinin məhdudlaşdırılmasını, tədricən etimadın bərpasını, az və ya çox sayda dövlətlərarası razılaşmaları əhatə edəcək.
Bu yolda hardasa ABŞ, bir də gördünüz ki, həqiqətən də dözməyib geri çəkiləcək, bundan sonra Avropa üçün faydalı proseslər daha sürətlə gedəcək. Amma o vaxta qədər Rusiya sözün əsl mənasında sağ qalmalıdır, çünki Rusiyaya qarşı münasibətdə “A Planı” hələ də qüvvədədir – bu plan hərbi məğlubiyyət, geosiyasi məğlubiyyət və siyasi əsarəti nəzərdə tutur.
Yeni soyuq müharibəyə son qoymaq üçün Rusiya tamamilə qaynar olan müharibədə - Rusiyaya qarşı aparılan müharibədə qalib gəlməlidir. Lakin Soyuq Müharibəni yalnız birlikdə qazanmaq (yaxud birlikdə itirmək) olar, çünki qələbə olaraq ancaq onun tamamlanması – qarşıdurmadan əməkdaşlığa keçid ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0