https://sputnik.az/20230530/sefirliyin-acilmasi-elaqelerimizi-yuksek-seviyyeye-catdiracaq---lham-eliyev-455403388.html
Səfirliyin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq - İlham Əliyev
Səfirliyin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq - İlham Əliyev
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu qeyd edib. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T15:25+0400
2023-05-30T15:25+0400
2023-05-30T15:25+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
israil
prezident
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455401867_0:61:972:608_1920x0_80_0_0_4c26fe4126d871a40c4d8e5850789fad.jpg
BAKI, 30 may — Sputnik. "Bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq, eyni zamanda, sıx qarşılıqlı fəaliyyət üçün daha geniş imkanlar yaradacaq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib. O, ölkələr arasında fəal siyasi dialoqun qurulduğunu nəzərə çatdırıb: "Biz İsrail Prezidenti ilə telefonla əlaqə saxlayırıq. İndi isə onun rəsmi səfəri zamanı ikitərəfli gündəlikdə olan mühüm məsələləri həll etmək üçün daha çox imkanlarımız var". Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu da qeyd edib. "Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir. Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması layihələrində böyük imkanlar görürük", - dövlət başçısı bildirib. Prezident görüş zamanı suvarma və kənd təsərrüfatı sahəsində planların da müzakirə edildiyini nəzərə çatdırıb:Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın digər istiqaməti kibertəhlükəsizlik sahəsidir."Bu sahədə əməkdaşlıqla bağlı fəal müzakirələrin başladığına çox şadıq. Bu gün kibertəhlükəsizlik hər bir ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir", - dövlət başçısı deyib və Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlanmağa hazır olduğunu əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455401867_40:0:932:669_1920x0_80_0_0_c3713911d7a21ac1bb620246a871224d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, israil, prezident
prezident ilham əliyev, israil, prezident
Səfirliyin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq - İlham Əliyev
Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu qeyd edib.
BAKI, 30 may — Sputnik. "Bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq, eyni zamanda, sıx qarşılıqlı fəaliyyət üçün daha geniş imkanlar yaradacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.
"Səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. İnanıram ki, bu səfər ikitərəfli əlaqələrimizi möhkəmləndirəcək", - Azərbaycan Prezidenti bildirib.
O, ölkələr arasında fəal siyasi dialoqun qurulduğunu nəzərə çatdırıb: "Biz İsrail Prezidenti ilə telefonla əlaqə saxlayırıq. İndi isə onun rəsmi səfəri zamanı ikitərəfli gündəlikdə olan mühüm məsələləri həll etmək üçün daha çox imkanlarımız var".
Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu da qeyd edib.
"Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir. Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması layihələrində böyük imkanlar görürük", - dövlət başçısı bildirib.
Prezident görüş zamanı suvarma və kənd təsərrüfatı sahəsində planların da müzakirə edildiyini nəzərə çatdırıb:
"Biz İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik və bu müsbət təcrübədən kənd təsərrüfatımızın məhsuldarlığını artırmaq, ixrac bazarlarımızı şaxələndirmək üçün istifadə etmək istəyirik".
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın digər istiqaməti kibertəhlükəsizlik sahəsidir.
"Bu sahədə əməkdaşlıqla bağlı fəal müzakirələrin başladığına çox şadıq. Bu gün kibertəhlükəsizlik hər bir ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir", - dövlət başçısı deyib və Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlanmağa hazır olduğunu əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.