Qırğızıstan lideri: Kurmanbek Bakiyev Qırğızıstana qayıtsa, həbs olunacaq
23:01 30.05.2023 (Yenilənib: 23:42 30.05.2023)
© Sputnik / Андрей Александров
/ Abunə olmaq
Qırğızıstan Prezidenti bildirib ki, əgər Bakiyev əfv istəsə, ancaq onun keçmiş dövlət başçısını bağışlamaq və ya bundan imtina etmək haqqım var.
BAKI, 30 may — Sputnik. Qırğızıstanın sabiq Prezidenti Kurmanbek Bakiyev həbs oluna bilər. "Sputnik Qırğızıstan" xəbər verir ki, bu barədə ölkə lideri Sadır Japarov deyib.
Japayev bildirib ki, ölkə rəhbərliyi Kurmanbek Bakiyevi Qırğızıstana qaytarmaq fikrində deyil:
"Bakiyev 30 il müddətinə azadlıqdan məhrum edilib. Ölkəyə gəlsə, təbii ki, həbs olunacaq. Biz hamımız qanunla yaşamağı öyrənməliyik. Mənim məhkəmə qərarlarını ləğv etmək səlahiyyətim yoxdur. Əgər Bakiyev əfv istəsə, yalnız mənim onu bağışlamaq və ya bundan imtina etmək haqqım var. Bu zaman isə vətəndaşların fikri nəzərə alınmalıdır, kimlər ki, 2010-cu ilin aprel ayında baş tutan xalq inqilabı zamanı əziyyət çəkiblər".
© Sputnik / Press Service of the President of KazakhstanQırğızıstan Prezidenti Sadır Japarov
Qırğızıstan Prezidenti Sadır Japarov
© Sputnik / Press Service of the President of Kazakhstan
Xatırladaq ki, Qırğısıztanın sabiq Prezidenti Kurmanbek Bakiyev və onun yaxın qohumları barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Onlar ölkəni tərk ediblər. Kurmanbek Bakiyev müsahibələrinin birində bildirib ki, ölkəyə qayıtmaq fikri yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.